Azərbaycan iqtisadiyyatını bərbad vəziyyətə qoyanlar indi Qarabağda ofis açmaq, daha doğrusu, yenə monopol münasibətləri oraya daşımaq istəyirlər.
Bizim.Media xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişində millət vəkili Əli Məsimli deyib.
O bildirib ki, monopol münasibətlərin Qarabağda tətbiqi dəhşətli nəticələrə gətirib çıxara bilər:
MÖVZU İLƏ BAĞLI:
''Müharibə iştirakçısı deyir mənə veteran adı verilməyib'' - Deputat
“Prezident bu halların qarşını almaq üçün açıq və birmənalı formada mövqeyini ortaya qoydu. İştah sahiblərinin qarşısı alınmasa, Qarabağın bərpası üçün nəinki ilkin olaraq ayrılan 2.2 milyard dollar vəsait, heç Neft Fondunun vəsaiti də yetərli olmayacaq. Buna görə, biz hər manatdan bu günədək istifadə etdiyimizdən daha səmərəli istifadə etməliyik və gördüyümüz iş də daha keyfiyyətli olmalıdır”.
Millət vəkili onu da qeyd edib ki, antiinhisar tədbirləri çərçivəsində mötəbər qanunvericilik sənədləri və həmin sənədləri həyata keçirəcək qurumlar, kadrlar olmalıdır:
“Eyni zamanda iqtisadi-inzibati qanunların tələbləri kontekstində kompleks tədbirlər görülməlidir. Rəqabət Məcəlləsinin qəbul edilməsi çox vacibdir, amma bu, problemlərin hamısının həlli deyil.
Bu məcəllə indiyədək formalaşmış sistemi sındırmaq üçün psixoloji ciddi silah olacaq. Məcəllənin qəbulundan sonra ilk mərhələdə inhisarla rəqabətin birgə faəliyyətinə nail olmaq, sonra isə rəqabətə geniş meydan vermək lazımdır”.
Bizim.Media