Yumurta BAHALAŞACAQ? – AÇIQLAMA 

Yumurta BAHALAŞACAQ? – AÇIQLAMA 

Hazırda oxunan: Yumurta BAHALAŞACAQ? – AÇIQLAMA 

175570

Son vaxtlar ölkəmizdən xaricə, xüsusilə də Rusiyaya yumurta ixracı xeyli artıb. Bu vəziyyət daxili bazarda yumurta qiymətlərinin artacağı ilə bağlı söz-söhbətlərin artmasına səbəb olub.

Bəs, yumurta bahalaşa bilərmi?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib ki, hazırda narahatlığa heç bir əsas yoxdur:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycandan Rusiyaya nə qədər yumurta göndərilib?


“Doğrudan da, son vaxtlar yumurta ixracında artım müşahidə olunur. Yanvar ayının geridə qalan dövründə 17 milyon ədəd yumurta ixrac etmişik. Bunun da 10 milyondan artığı Rusiyaya, qalanı isə Yaxın Şərq ölkələrinə - İraqa, Küveytə, Qətərə və BƏƏ-yə göndərilib.

Nəzərə alaq ki, ölkə əhalisinin yumurtaya gündəlik ehtiyacı 3 milyon 600 min ədəddir. Bu ehtiyac da artıqlaması ilə ödənilir. Əvvəllər biz gündə 4,5 -5 milyon civarında yumurta istehsal edirdik. Amma bu gün gündəlik yumurta istehsalı 5,5 milyon ədədi keçib. 

İstehsal artdığı üşün sahibkarlarımız xarici bazara daha çox yumurta satırlar. İxracdakı artımın tək səbəbi budur.

İxracın artması nə daxili bazarda qıtlığa, nə də qiymət artımına səbəb olmayacaq. Çünki istehsalda problem yox, dinamika var. Hazırda ölkəmizdə fəaliyyət göstərən şirkətlərin 90 faizi öz istehsalını artırıb”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO