Qlobal iqtisadiyyat yeni TƏHLÜKƏ ilə üz-üzə - İqtisadçılardan HƏYƏCAN TƏBİLİ 

Qlobal iqtisadiyyat yeni TƏHLÜKƏ ilə üz-üzə - İqtisadçılardan HƏYƏCAN TƏBİLİ 

Hazırda oxunan: Qlobal iqtisadiyyat yeni TƏHLÜKƏ ilə üz-üzə - İqtisadçılardan HƏYƏCAN TƏBİLİ 

17426

Qlobal iqtisadiyyatın 2021-ci ildə koronavirus pandemiyası səbəb olduğu böhrandan çıxacağı ilə bağlı proqnozlar özünü doğrultmur. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya İqtisadçılar və Sahibkarlar Birliyi ilə birgə Ali İqtisadiyyat Məktəbinin mütəxəssisləri qiymətləndirmə aparıblar. 

Onların fikrincə, 2020-ci ildə qlobal iqtisadiyyata mənfi təsir göstərən amillər hələ də aradan qaldırılmayıb:

“Virus əleyhinə tədbirlərin müxtəlif intensivliyi, peyvəndlənmə sürəti və virusun yeni təhlükəli ştammlarının baş qaldırması iqtisadiyyata daha bir mənfi təsir göstərəcək. Bu baxımdan hökumətlərin iqtisadi siyasətlərini daha uzun bir tənəzzül şərtlərinə uyğunlaşdırmaları lazımdır. İqtisadi dirçəliş təkcə hökumətin hərəkətlərindən deyil, həm də yüksək səviyyədə plan və gözləntilərdən asılı olacaq”.

Mütəxəssislər hesab edirlər ki, yeni texnologiyaların tətbiqi və rəqəmsallaşma ilə iş nəzarəti üçün yeni imkanlar meydana çıxır:

“Böhranlar zamanı dövlət biznesin inzibati yükünün azaldılması vəzifəsini prioritet kimi müəyyənləşdirir, lakin böhrandan sonrakı mərhələlərdə fəaliyyət xeyli azalır. İnzibati təzyiqin davamlı azaldılması üçün mexanizmlərin axtarılması zəruridir, bunun üçün nəzarət orqanlarının fəaliyyətinin qiymətləndirilməsi üçün motivasiya və meyarları dəyişdirmək lazımdır”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO