Azərbaycana səfər edən turistlərin sayı 3 dəfə ARTIB - RƏSMİ 

Azərbaycana səfər edən turistlərin sayı 3 dəfə ARTIB - RƏSMİ 

Hazırda oxunan: Azərbaycana səfər edən turistlərin sayı 3 dəfə ARTIB - RƏSMİ 

172896

"Bu il ölkəmiz daha bir mötəbər tədbirə - COP29-a ev sahibliyi edəcək. Bu tədbir Azərbaycanı regionun lider ölkəsi kimi tanıdacaq. Bu tədbir güclü, təşəbbüskar və təhlükəsiz ölkələrə ev sahibliyi verir. Azərbaycan da məhz bu meyarlara uyğun, önəmli ölkədir".

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı ilə “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” mövzusunda keçirilən forumda deyib.

O qeyd edib ki, bu tədbir ölkəmizin tanınmasında, turizm potensialının dünyaya təqdim edilməsində mühüm rol oynayır: 

"Cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə turizm ölkənin ən dinamik, inkişaf edən, vacib sektoruna çevrilib. 2003-2019-cu illəri əhatə edən dövr ərzində Azərbaycana səfər edən turistlərin sayı 3 dəfə artıb. Mehmanxalarda gecələmə isə 8 dəfə artıb. Son 20 ildə ölkə başçısının turizm sahəsində apardığı məqsədyönlü siyasət biznes mühitinin genişləndirilməsinə böyük şərait yaradıb. Qarabağın turizm potensialı araşdırılır, bu bölgə tezliklə Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dünyanın ən tanınmış bölgələrindən birinə çevriləcək".

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO