Dövlət mükafatlarının MƏBLƏĞİ ARTIRILDI: 40 min manat... - FƏRMAN

Dövlət mükafatlarının MƏBLƏĞİ ARTIRILDI: 40 min manat... - FƏRMAN

Hazırda oxunan: Dövlət mükafatlarının MƏBLƏĞİ ARTIRILDI: 40 min manat... - FƏRMAN

171165

Prezident İlham Əliyev Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının fəaliyyətinin təkmilləşdirilməsi, bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, fərmana əsasən, iki ildən bir verilən Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatının məbləği 30 min manatdan 40 min manata çatdırılıb, sayı isə 5-dən 3-ə endirilib.

Mükafat hər cüt ildə 28 may — Müstəqillik Günü ərəfəsində komissiyanın qərarı ilə dövlət büdcəsinin vəsaiti hesabına verilir.
Bu Fərman 2024-cü il iyulun 1-dən qüvvəyə minir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO