Azərbaycanda iqtisadi artım tempi YÜKSƏLİB 

Azərbaycanda iqtisadi artım tempi YÜKSƏLİB 

Hazırda oxunan: Azərbaycanda iqtisadi artım tempi YÜKSƏLİB 

168650

Azərbaycanda iqtisadi artım tempi 0,5%-dən 0,8%-ə yüksəlib. 

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-noyabr aylarında ölkədə 110,2 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul istehsal olunub.

İiqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3,2 faiz artıb. 

ÜDM istehsalının 41,2 faizi sənaye, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,0 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 18,0 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,4 faizini təşkil edib. 

Əhalinin hər nəfərinə düşən ÜDM 10 856,0 manata bərabər olub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO