Azərbaycanda vergi daxilolmaları ARTIB - FOTO

Azərbaycanda vergi daxilolmaları ARTIB - FOTO

Hazırda oxunan: Azərbaycanda vergi daxilolmaları ARTIB - FOTO

168455

Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 % çox - 15 milyard 337,7 milyon manat vəsait daxil olub. 

Bizim.Media xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "X" hesabında bildirib. 

"O cümlədən, son 1 ildə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 18,9 % artaraq 9 milyard 15,8 milyon manata çatıb", - deyə o qeyd edib. 

"Ölkəmizdə aparılan səmərəli vergi siyasəti qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının yüksək dinamikasını təmin etməklə dayanıqlı iqtisadi artıma əhəmiyyətli töhfə verir", - deyə nazir əlavə edib. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO