Bankların rezolyusiyası çərçivəsinin təkmilləşdirilməsi Dünya Bankı ilə müzakirə edilib

Bankların rezolyusiyası çərçivəsinin təkmilləşdirilməsi Dünya Bankı ilə müzakirə edilib

Hazırda oxunan: Bankların rezolyusiyası çərçivəsinin təkmilləşdirilməsi Dünya Bankı ilə müzakirə edilib

168156

Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı arasında yerli bankların rezolyusiyası çərçivəsinin təkmilləşdirilməsi müzakirə edilib.

Azərbaycan Mərkəzi Bankında (AMB) "Maliyyə Sektorunun Modernizasiyası Layihəsi 3” çərçivəsində Dünya Bankının ölkəmizdə səfərdə olan ekspert missiyası ilə növbəti görüş keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə AMB-nin məlumatında bildirilib.

Məlumata görə, görüşdə layihə çərçivəsində görülmüş işlər, xüsusilə maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması çərçivəsinin gücləndirilməsi müzakirə edilib.
Bundan əlavə, bankların rezolyusiyası çərçivəsinin daha da təkmilləşdirilməsi, nəzarət və tənzimləmə alətlərinin genişləndirilməsi istiqamətlərində göstəriləcək məsləhət xidməti üzrə müzakirələr aparılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO