Azərbaycanda insanlar həyatlarını sığortalamağa niyə MARAQLI deyillər? – AÇIQLAMA

Azərbaycanda insanlar həyatlarını sığortalamağa niyə MARAQLI deyillər? – AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda insanlar həyatlarını sığortalamağa niyə MARAQLI deyillər? – AÇIQLAMA

167914

İş qəzalarında xəsarət alan və ölən insanlar haqqında tez-tez eşidirik. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halları ilə üzləşən şəxslərin sayı çoxdur. Reallıq odur ki, dövlət müəssisələrinin əksəriyyətində həyat sığortası tətbiq olunmur. Çünki orada maaşlar daha az, risk isə yuxarı olur. Həyat sığortasını əməkhaqqı yüksək olduğu üçün özəl şirkətlərdə tətbiq edirlər. Əməkhaqqı almayanlara və pensiyaçılara həyat sığortası tətbiq olunmur.

Maraqlıdır, insanlar həyat sığortasına maraqlıdırlarmı?Azərbaycanda həyat sığrortası ilə bağlı müraciətlər nə yerdədir?

Sığorta eksperti İlkin İbrahimov Bizim.Media-ya bildirib ki, Azərbaycanda bu sektorda ən çox yığımları olan həyat sığortası şirkətləridir:

“Yəni sığorta haqlarının 60 %-dən çoxu həmin həyat sığorta şirkətlərinin payına düşür. Düzdür, həyat sığorta şirkətlərimizin sayı azdır. Ümumilikdə 18 sığorta şirkətimiz var ki, onlardan 5-i həyat sığortası ilə bağlıdır. Lakin bu 5 şirkətin yığımları digərlərindən daha çoxdur.

Ölkəmizdə istehsalatda baş vermiş bədbəxt hadisələrlə bağlı sığorta məhsulu var ki, bu da məcburi xarakter daşıyır. Məcburilik onunla bağlıdır ki, buna Dövlət Əmək Müfəttişliyi nəzarət edir. Hər bir sahibkarla müqaviləsi olan işçilər bu növ sığorta olunmalıdır. Əgər işçi sığorta olunmursa, qanunla cərimə edilir”.

“Müqavilə ilə çalışan işçilər sığortalanır”

Ekspert əlavə edib ki, statistikaya görə, hansı qurumun əmək müqavilələri çoxdursa, həyat sığortası etdirənlərin də çoxu həmin peşə sahibləri hesab olunur:

“Yəni ölkə ərazisində həyat sığortasını daha çox Dövlət Neft Şirkətinin işçiləri edir. Lakin yenə qeyd edirəm ki, müqavilə ilə çalışan bütün işçilər sığortalanır. Ümumilikdə, istehsalatda baş vermiş bədbəxt hadisələrlə bağlı icbari sığorta var”.

Qeyd edək ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta edilməsi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Resbublikasının Qanunu ilə tənzimlənir.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO