Azərbaycanda gündəlik xam neft hasilatı nə qədər olub?

Azərbaycanda gündəlik xam neft hasilatı nə qədər olub?

Hazırda oxunan: Azərbaycanda gündəlik xam neft hasilatı nə qədər olub?

164122

Bu ilin oktyabr ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 480 min barel səviyyəsində olub.

Bu barədə Bizim.Media “Platts”ın məlumatları əsasında tərtib olunmuş “S&P Global Commodity Insights”ın icmalına istinadən xəbər verir.

Məlumata görə, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əməkdaşlığı çərçivəsində Azərbaycanın gündəlik xam neft hasilatı üzrə kvotası 684 min bareldir.

Beləliklə, “S&P Global Commodity Insights”ın icmalına əsasən, Azərbaycan oktyabr ayında "OPEC+" çərçivəsində kvotasından 204 min barel geridə qalıb.
Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ilin sentyabr ayında Azərbaycanda gündəlik xam neft hasilatı 491 min barel təşkil edib və ölkə bu dövrdə "OPEC+" çərçivəsində kvotasından 193 min barel geridə qalıb.

Qeyd edək ki, razılaşmanın çərçivəsində “OPEC+” üzvləri 2023-cü ilin sonuna qədər gündəlik neft hasilatını 2 milyon barel azaldacaq.

İyun ayında keçirilən nazirlərin son iclasında alyans 2024-cü ildən gündəlik neft hasilatını sutkada təxminən 1,4 milyon barel azaldacağını bəyan edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO