İnflyasiya azalsa da qiymət artımı DAVAM EDƏCƏK – TƏHLİL 

İnflyasiya azalsa da qiymət artımı DAVAM EDƏCƏK – TƏHLİL 

Hazırda oxunan: İnflyasiya azalsa da qiymət artımı DAVAM EDƏCƏK – TƏHLİL 

162756

Mərkəzi Bankın oktyabr proqnozlarına görə, inflyasiyanın ortamüddətli dövrdə hədəf diapazonunda olacağı gözlənilir:

"Belə ki, illik inflyasiya 2023-cü ilin sonuna 4.3%, 2024-cü ildə isə 5.3% və 2025-ci ildə 3.4% olacağı proqnozlaşdırılır. Cari ildə ardıcıl olaraq bir neçə proqnoz yenilənməsində 2024-cü il və 2025-ci ilə inflyasiya proqnozları hədəf diapazonunda olub".

İnflyasiya azalacaq?

İqtisadçı-ekspert Xalid Kərimi Bizim.Media-ya açıqlamasında, hazırda ölkədə 10.9 faizlik inflyasiyanın olduğunu diqqətə çatdırıb:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda inflyasiya proqnozu AÇIQLANDI 


“Mərkəzi Bankın bu proqnozunda iki inflyasiya göstəricisi var. Biri orta illik göstəricidir və bu, yanvar-sentyabr ayları üçün 10,9 faizdir. Bir də əvvəlki ilin müvafiq ayına nisbətən qiymət dəyişikliyidir ki, bu da cari ilin 9 ay ərzində 5.1 faizdir. 10,9 faizlik göstərici ikirəqəmli səsləndiyi üçün T.Kazımov, bizim birrəqəmli inflyasiya barədə eşitməyimizi ya da onun fəaliyyətinin nəticələrini görməyimizi istəyir. Əslində, Mərkəzi Bankın əsas funksiyalardan biri də odur ki, inflyasiyanın sürətlənməsinə imkan verməsin və qiymətləri sabit saxlasın”.

Onun sözlərinə görə, ölkə əhalisi ötən illə müqayisədə, bu ilin 9 ay ərzində 10,9 faizlik inflyasiya ilə üz-üzə qalıb:

“Bu ilin axırına qədər isə inflyasiya 9,5-10 faiz arasında olacaq. Əsas gözlənti isə odur ki, inflyasiya mərhələli şəkildə aşağı düşəcək və birrəqəmli olacaq. AMB sədri isə gələn ilin dekabr ayını ötən ilin eyni dövrü ilə müqayisəsinə və proqnozuna üstünlük verir”. 

2024-cü il üçün inflyasiya həddinin 5-6 faiz səviyyəsində proqnozlaşdırıldığını söyləyən ekspert vurğulayıb ki, T.Kazımovun bu fikirləri də Maliyə və İqtisadiyyat nazirliklərinin proqnozları ilə uyğu gəlir:

“Əsasən də həm İqtisadiyyat Nazirliyinin “Ortamüddətli proqnozları, həm də beynəlxalq təşkilatların ölkəmizlə bağlı səsləndirdikləri fikirlərlə eynidir. Çox güman ki, gələn il 5.5 faiz ətrafında inflyasiya olacaq”.

Gələn il ölkədə bahalaşmanın olacağını proqnozlaşdırmaq olarmı?

X.Kərimlinin fikrincə, inflyasiyanın aşağı düşməsi qiymətlərin aşağı düşməsi anlamına gəlməməlidir:

“Vətəndaşlar həmişə belə düşünürlər. Söhbət isə ondan gedir ki, qiymətlər yenidən qalxacaq, amma keçən ilki kimi 15 faiz həcmində olmayacaq və insaflı bahalaşma olacaq, inflyasiya səviyyəsi isə davam edəcək. Bir sözlə hər dövrün öz proqnozları olmalıdır”.   

“İnflyasiya tempində səngimə müşahidə olunur”

İqtisadçı-ekspert Pərviz Heydərov isə qeyd edib ki, bir neçə ay əvvəl AMB və hökumət cari il üçün inflyasiyanı birrəqəmli səviyyədə olacağını proqnozlaşdırıb:

“Bu ilin 9 ayının göstəricilərinə əsasən, bu, ikirəqəmli səviyyədədir. Sonuncu iki ayda isə bir rəqəmli həddə enəcəyini söyləmək çox çətindir. Amma qiymətlərin bahalaşmasında və inflyasiya tempində əvvəlki sürət yoxdur və səngimə müşahidə olunur. Hazırda dünya bazarlarında enerji daşıyıcılarının qiyməti bahalaşmağa doğru gedir ki, bu da digər sahələrdə ucuzlaşmanın olmayacağını göstərir”. 

Müsahibimiz ölkəmizdəki iqtisadi proseslərin dünya siyasi arenasında baş verənlərlə bağlı olduğunu da diqqətə çatdırıb: 

“Məsələn, Qəzza bölgəsində baş verənlər neftin bahalaşmasına birbaşa şərait yaradır. Bu ilin sonunadək və gələn ilin ilk 3 ayında hansı proseslərin olacağı bəlli deyil və buna görə də neftin və digər enerji daşıyıcılarının dünya bazarındakı qiymətləri ilə bağlı konkret proqnoz səsləndirmək mümkün deyil”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO