Son 5 ildə müavinət və təqaüdlər üzrə ödənilən vəsait 5 dəfə ARTIB – RƏSMİ 

Son 5 ildə müavinət və təqaüdlər üzrə ödənilən vəsait 5 dəfə ARTIB – RƏSMİ 

Hazırda oxunan: Son 5 ildə müavinət və təqaüdlər üzrə ödənilən vəsait 5 dəfə ARTIB – RƏSMİ 

162090

“2023-cü ilin 9 ayı ərzində ümumilikdə 36,9 min şəxsə əlillik təyinatı aparılıb ki, onlardan 18,2 min nəfərə ilkin, 18,7 min nəfərə isə təkrar əlillik təyin edilib. Qanunvericiliyə əsasən, şəxsin əlilliyi ümumi və xüsusi səbəblərə əsasən müəyyən edilir”.

Bunu Bizim.Media-ya açıqlamasında, Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinin İctimaiyyətIə əlaqəIər şöbəsinin müdiri Fazil Talıbov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Gələn il Azərbaycanda orta aylıq pensiya 435 manat OLACAQ  


Onun sözlərinə görə, ümumi səbəblərə - ümumi xəstəlik, istehsalat zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, terror hadisəsi ilə əlaqədar səbəblər daxildir.  

Nazirlik rəsmisi, xüsusi səbəblərə görə də əlaqədar əlillik dərəcələrinin verildiyini diqqətə çatdırıb:

“Bunlara, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblər aiddir. 

Əlilliyi olan insanlar əlilliyə görə pensiya və ya (pensiya hüququ olmadıqda) aylıq sosial müavinətlə təmin olunur. Müharibə ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər həmin pensiya və ya aylıq sosial müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü ilə də təmin olunurlar. 

Həmçinin ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə, həmçinin əlilliyi olan uşaqlara qulluq edənlərə də Prezidentin aylıq təqaüdü verilir. Həyata keçirilən sosial islahatlar nəticəsində müavinət və təqaüdlər üzrə ödənilən illik vəsaitdə son 5 ildə 5 dəfədən çox artım baş verib”.

Bir müddət əvvəl xeyli sayda I Qarabağ müharibəsi əlilinin əlillik dərəcələri ləğv edildi. Amma əvəzində hansı işlərin görülməsi ilə bağlı heç bir məlumat yayılmadı. 

Hazırda bu istiqamətdə hansısa iş görülürmü?

Sualı cavablandıran mətbuat katibi, qanunvericiliyə əsasən, əlillik müddətli və müddətsiz təyin edilir: 

“Geridönməz hallarda (ətrafların amputasiyası, sağalması mümkün olmayan ağır xəstəliklər və s.) əlillik müddətsiz (ömürlük) təyin edilir. Sağalması mümkün olan xəstəlik və xəsarətlərlə bağlı əlillik təyin edilərkən isə əlillik müddətli təyin olunur. 

Şəxsin əlillik müddəti bitdikdə tibb müəssisəsinin göndərişi (Forma 88) əsasında əlilliyin təkrar qiymətləndirilməsi aparılır və diaqnoz məlumatlarına əsasən şəxsə təkrar əlillik təyinatına əsas yarandıqda əlillik yenidən təyin olunur. Təkrar müraciət zamanı şəxsin sağlamlığında əlillik əlamətinin olmadığı müəyyən edildikdə əlillik təyinatı aparılmır”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO