“Muğan Bank”dan sonra hansı banklar BAĞLANA BİLƏR? – AÇIQLAMA 

“Muğan Bank”dan sonra hansı banklar BAĞLANA BİLƏR? – AÇIQLAMA 

Hazırda oxunan: “Muğan Bank”dan sonra hansı banklar BAĞLANA BİLƏR? – AÇIQLAMA 

161433

Xəbər verdiyimiz kimi, ötən gün “Muğan Bank” bağlanıb. Banklara əmanət qoymaq istəyənlər isə bu vəziyyətdən narahatdırlar.

Daha hansı bankların bağlanma təhlükəsi var?

İqtisadçı ekspert Natiq Cəfərli Bizim.Media-ya bildirib ki, il sonuna kimi daha 5 bankın bağlanma ehtimalı var:
 

MÖVZU İLƏ BAĞLI:

“Muğan Bank”ın notarius hesablarındakı pullar GERİ QAYTARILACAQ? – AÇIQLAMA


“Bu bankların adını çəkmək məncə, doğru olmaz. Çünki bu, panika yaradar. Amma problem ondan ibarətdir ki, Azərbaycanda kiçik bankların bağlanması getdikcə daha çox baş verəcək. Yəni dörd-beş böyük bank var ki, Azərbaycanda 75 faiz bazar payına malikdir. Yəni bunu nəzərə alsaq, getdikcə kiçik bankların bağlanması ehtimalı var. Yəni bu nöqteyi-nəzərdən yaxın zamanlarda daha 5 bankın bağlanma təhlükəsi var”.

“Daha beş bank bağlana bilər”

İqtisadçı ekspert Rəşad Həsənov isə bildirib ki, bankların adını açıqlamaq düzgün olmaz, amma say etibarilə 5 bank bağlana bilər:

“Azərbaycanda 5 bankın vəziyyəti heç də yaxşı deyil. Onlardan ikisinin isə vəziyyəti daha çox risklidir. Hansı ki bu banklarda maliyyə xidmətlərinin göstərilməsi, onlara depozitlərin qoyulması artıq qadağandır. Bu da müştərilərə bir mesajdır. Vətəndaşlara tövsiyyəm budur ki, işlədikləri bankların maliyyə göstəricilərini izləsinlər”.  

“Bankların bağlanması arzuolunan hal deyil”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov bildirib ki, Mərkəzi Bank daha iki bankın lisenziyasını geri alıb: 

“Rəsmi statistika göstərir ki, bu ilin ilk üç rübündə zərərlə işləyən bank yalnız “Muğan Bank” deyildi və bu sektorda sağlamlaşdırma tədbirlərin daha sistemli şəkildə aparılmasını zəruri edir. Çünki praktik baxımdan maliyyə dayanıqlığına təsir edib-etməməsindən asılı olmayaraq, hər hansı bankın bağlanması arzuolunan hal deyil. 

Bu, nəticə etibarı ilə həmin banklarda olan və xüsusən qorunmayan əmanətlərin, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin hesabında olan 20000 manatdan artıq vəsaitin qaytarılması ilə bağlı çətinliklər yaradıb. Ona görə də bankların bağlanması deyil, onların sağlamlaşdırılması və birləşdirilməsi siyasəti daha vacibdir. Növbəti dövrlərdə də bank sektorundakı vəziyyət Mərkəzi Bankın qərarlarından asılı olaraq dəyişəcək. 

Son dövrlər Mərkəzi Bank tərəfindən iki bankın lisenziyası geri alınıb və o baxımdan bu gün də sağlamlaşdırmaya ehtiyacı olan banklar var. 

Bizim təklifimiz ondan ibarətdir ki, xüsusən də zərərlə işləyən və ya məcmu kapitalında çətinliklər olan aktivlərin həcmi böyük olmayan bankların sağlamlaşdırılması ilə bağlı ayrıca bir proqram qəbul olunsun. Çünki həmin bankların müflisləşməsinin qarşısının alınması üçün sistemli tədbirlər çox önəmlidir. Yekun olaraq, bankların sayının dəyişməsi Mərkəzi Bankın həyata keçirdiyi siyasətdən asılı olaraq müəyyənləşəcək”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO