Hesablama Palatası 2023-cü il İş Planına uyğun olaraq Naxçıvan MR Dövlət Energetika Xidmətində və onun tabeliyindəki qurumlarda dövlət əmlakının, o cümlədən əsaslı vəsait qoyuluşlarının istifadəsinin və idarə olunmasının hüquqi aktlara uyğunluğuna dair auditi başa çatdırıb.
Bizim.Media xəbər verir ki, nəzarət tədbiri 2020-2022-ci illəri əhatə edib.
Yoxlama nəticəsində məlum olub ki, dövlət vəsaitlərinin xərclənməsində qənaətlilik, şəffaflıq prinsiplərinə əməl olunmayaraq dövlət satınalmaları ilə bağlı müəyyən edilmiş metodlar tətbiq edilmədən 2020-ci ildə 92 halda, 2021-ci ildə 88 halda, 2022-ci ildə isə 96 halda hüquqi və fiziki şəxslərlə birbaşa müqavilələr bağlanılaraq vəsait ödənişi həyata keçirilib.
Audit nəticəsində 4 234 763 manat dəyərində əmtəəsiz əməliyyatların aparıldığı, tikinti-quraşdırma işlərində 688 028 manat dəyərində artıq vəsaitin icra olunduğu, 28 700 manat dəyərində yanacağın əsassız və artıq silindiyi müəyyən olunub.
Bununla yanaşı, Xidmətin balansında olan əsas vəsait və mal-materiallara baxış zamanı sənədlərdə anbar qalığında göstərilən 448 325 manat dəyərində əsas vəsait və mal-material çatışmazlığı aşkar edilib.
Xidmətin büdcə vəsaitinin təyinatını dəyişdirməsi, vergi öhdəliklərini tam icra etməməsi, qeyri-qanuni və əsassız xərcləmələrə yol verməsi də müəyyən olunub.
Aşkar edilən hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimalı nəzərə alınaraq Hesablama Palatasının Kollegiyası auditin nəticələrinə dair müvafiq materialları hüquq mühafizə orqanlarına göndərməyi qərara alıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:45 / 18.09.2023
Hesablama Palatası daha bir qurumda nöqsanlar AŞKARLADI
Hazırda oxunan: Hesablama Palatası daha bir qurumda nöqsanlar AŞKARLADI
Hazırda oxunan: Hesablama Palatası daha bir qurumda nöqsanlar AŞKARLADI
155725
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.