Hərracda 6 nəqliyyat vasitəsi özəlləşdirilib

Hərracda 6 nəqliyyat vasitəsi özəlləşdirilib

Hazırda oxunan: Hərracda 6 nəqliyyat vasitəsi özəlləşdirilib

155258

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 6 nəqliyyat vasitəsi özəlləşdirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb. 

Məlumata görə, nəqliyyat vasitələri üzrə sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Hərraca çıxarılan avtomobillərə edilən təkliflər start qiymətindən çox olub.  

Belə ki, “Volkswagen Passat” markalı avtomobilin ilkin qiyməti 9 200 manat olsa da, ən son təklif 12 600 manata yüksəlib. 5 500 manat start qiyməti ilə hərraca çıxarılan “Nissan Sunny” markalı avtomobil isə 9 055 manata satılıb. 
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə clck.ru/35gpet linki vasitəsilə tanış olmaq mümkündür. 

Cari ay üzrə növbəti hərraclar 14, 19 və 26 sentyabr tarixlərində keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO