Azərbaycan “TotalEnergies\

Azərbaycan “TotalEnergies\" ilə “Abşeron” yatağı üzrə növbəti mərhələni müzakirə edib - FOTO

Hazırda oxunan: Azərbaycan “TotalEnergies\" ilə “Abşeron” yatağı üzrə növbəti mərhələni müzakirə edib - FOTO

153091

Azərbaycan və Fransanın “TotalEnergies” şirkəti arasında Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağı layihəsinin növbəti mərhələsi “Faza-1” üzrə proseslərin inkişafına dair fikir mübadiləsi aparıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Energetika Nazirliyinin məlumatında bildirilib. 

Məlumata görə, bu barədə energetika naziri Pərviz Şahbazovun “Abşeron” qaz-kondensat yatağından ilk qazın verilməsi mərasimində iştirakı məqsədilə ölkəmizdə səfərdə olan “TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyannenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə bildirilib. 

Görüşdə “Abşeron” yatağının yüksək hasilat göstəriciləri ilə istismara verilməsi və “TotalEnergies” şirkəti ilə əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Azərbaycanın enerji təchizatçısı kimi öhdəliklərinin yerinə yetirilməsində “Abşeron”un əhəmiyyəti, xüsusilə təbii qazın enerji təhlükəsizliyinin təminatında rolu vurğulanıb. 

Söhbət zamanı “TotalEnergies” şirkətinin Azərbaycanda karbohidrogen sektorunda fəaliyyəti ilə bağlı məsələlərlə yanaşı, ümümi gücü 500 MVt olan külək-günəş enerjisi, enerji saxlanc sistemləri layihələrinin həyata keçirilməsi də müzakirə edilib.
Həmçinin ölkəmizdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı, şəbəkəyə inteqrasiyası və ixracı ilə bağlı layihələrin cari vəziyyəti nəzərdən keçirilib, əməkdaşlıq imkanları diqqətə çatdırılıb, növbəti addımlar razılaşdırılıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO