“Abşeron” yatağında qaz hasilatı 4 dəfə ARTIRILACAQ - FOTO

“Abşeron” yatağında qaz hasilatı 4 dəfə ARTIRILACAQ - FOTO

Hazırda oxunan: “Abşeron” yatağında qaz hasilatı 4 dəfə ARTIRILACAQ - FOTO

153086

“Abşeron” qaz-kondensat yatağında illik qaz hasilatını 6 mlrd. kubmetrədək çatdırmaq planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” (tvitter) hesabında yazıb. 

“Abşeron” yatağından ilk qazın verilməsi mərasimində iştirak etdik. “Abşeron”un tələbatımızı və ixracı nəzərə alan mərhələli inkişafı, illik hasilatın 1,5 mlrd.m3-dən 6mlrd.m3-dək çatdırılması ilə bağlı planlar ölkəmizin və tərəfdaşlarımızın enerji təhlükəsizliyinə mühüm töhfədir”, - paylaşımda qeyd olunub. 
Xatırladaq ki, bu gün "Abşeron" qaz-kondensat yatağından ilk qazın verilməsi mərasimi keçirilib. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO