2020-ci ildə 89 milyondan çox əsassız ödənişlər olub – Deputatdan TƏHLİL

2020-ci ildə 89 milyondan çox əsassız ödənişlər olub – Deputatdan TƏHLİL

Hazırda oxunan: 2020-ci ildə 89 milyondan çox əsassız ödənişlər olub – Deputatdan TƏHLİL

15308

“2020-ci ildə pandemiyanın xarici faktor kimi təsirlərini nəzərə alsaq iqtisadi nəticələr məqbul qiymətləndirilə bilər”. 

Bizim.Media xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı Vüqar Bayramov “Facebook” hesabında qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Deputat baş nazirə müraciət etdi – “Bu addımlar real deyil”


Deputat bildirib ki, pandemiya təsirləri fonunda qeyri-neft sektoruna sərmayə qoyuluşlarının azalması gözlənilən idi:

“Bir sıra ölkələr bu dövrdə daxili maliyyə mənbələrinə üstünlük verdilər. Bununla yanaşı, əsas kapitala yönəldilmiş vəsaitlərin maliyyə mənbələri üzrə strukturda bank kreditlərinin payı cəmi 6.2 faiz olub. Bu isə ondan xəbər verir ki, hələ də kommersiya bankları sərmayə qoyuluşlarında xüsusi paya malik ola bilmirlər.
 

İxrac bazaranın şaxələndirilməsi ilə bağlı aparılan tədbirlərə baxmayaraq hələ də qeyri-neft ixracatında yeni bazarların payı azdır. Belə ki, ötən il ümumi qeyri neft ixracatının 60 faizinə yaxını 2 ölkənin payına düşüb.


Bu isə xarici şokların aktiv olduğu dövrdə qeyri-neft ixracatında dayanıqlığı azaldır.

Pandemiya səbəbindən büdcə xərcləmələrində icra ilə proqnoz arasında fərqin olması gözlənilən id. Bu baxımdan da ötən il proqnozlaşdırılan xərclərin 3.9 faizi xərclənməyib.

Xüsusən bu dövrdə nəzərdə tutulan kütləvi tədbirlərin keçirilməməsi və ya onlayn təşkil edilməsi bu xərcləmələrə təsir göstərib.

Bununla yanaşı, bir sıra o cümlədən təhsil xərclərinin 6.7 faiz xərclənməməsi müzakirə oluna biləcək məsələlərdəndir. Bu istiqamətlər xərclərin struktrunun dəyişdirilməsi və həmin sektorların fiskal baxımdan daha çox dəstəklənməsi məqsədə uyğun olardı.
 

Dövlət Neft Fondunun vəsaitlərinin idarəedilməsindən ötən il 1 milyard 164 milyon dollar vəsait daxil olub. Manat ifadəsində fondun bu istiqamət üzrə daxil olmaları əvvəlki il ilə müqayisədə 390 milyon manat artsa da dollar ifadəsində 45 faiz və ya 968 milyon dollar azalıb.


Pandemiya dövründə bir sıra beynəlxalq bazarlarda volatillik yüksək olsa da, bu suveren fondların daha çevik investisiya siyasəti həyata keçirməsinə daha da aktuallaşdırıb”.

Deputatın sözlərinə görə 2020-ci ildə maliyə sektorundakı aktivlərin cəmi 0.1 faizi investisiya şirkətlərinin payına düşüb:

“Bu isə ondan xəbər verir ki, hələ də investisiya şirkətləri maliyyə sektorunda təsirli steykholderlərdən hesab olunmur. Bundan başqa dövriyyədə olan ödəniş kartlarının sayının ötən il əvvəlki il ilə müqayisədə 7.5 milyon əddədən 9.6 milyon ədədə yüksəlməsinə baxmayaraq hələ də ödənişlər əsasən nağdlı formada aparılır. 
 

2020-ci ildə qeydiyyatsız evlərin inventarlaşdırlması ilə bağlı işlər sürətlənsə də, o tikililərin sənədləşdirilməsi məsələsi həll olunmayıb. Bu isə həmin evlərin aktiv olaraq dövriyyəyə cəlb edilməsi, o evlər üzrə büdcə daxilolmalarına təsir göstərir.


2020-ci ildə maliyyə nəzarətinin daha da təkmilləşdirilməsi nəticəsində 89 milyon 239 min manat artıq və əsassız ödənişlər müəyyən edilib. Bu kifayət qədər pozitiv haldır.

Bununla yanaşı, gələcək də belə əsassız xərcləmələrin olmaması üçün hökumət tərəfindən risk analizi aparılıbmı və ya hansı yeni innovativ nəzarət mexanizmlərinin tətbiqi nəzərdə tutulub? Pul kütləsinin vəziyyətinin mühüm göstəricisi M2-nin ümumi daxili məhsula nisbəti və dəyşməsidir.

Ötən 3.5 milyard manatlıq dəstək paketlərinin reallaşmasına rəğmən M2 aqreqatı cəmi 11.3 faiz artıb.

Halbuki 2019-cu ildə bu rəqəm 24.5 faiz idi. Bu dəyişmələrə 2019-cu ildə pul bazasındakı artımların hansı təsirləri olub?”

Alçina Amılqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO