Vergi daxilolmaları 22,9 faiz ARTDI 

Vergi daxilolmaları 22,9 faiz ARTDI 

Hazırda oxunan: Vergi daxilolmaları 22,9 faiz ARTDI 

150179

Cari ilin yanvar-iyul ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 11 milyard 231,2 milyon manat vergi daxil olub. 

Dövlət Vergi Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 22,9 faiz və ya 2,1 milyard manat artıb. 

Qeyri-neft-qaz sektorundan daxilolmalar 6,2 milyard manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 19 faiz və ya 984,1 milyon manat artıb. 

Ödənilən vergilərin 45,1 faizi neft-qaz sektorunun, 54,9 faizi qeyri-neft-qaz sektorunun payına düşüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO