Azərbaycanda sığorta ödənişləri 22 faiz artdı – RƏSMİ  

Azərbaycanda sığorta ödənişləri 22 faiz artdı – RƏSMİ  

Hazırda oxunan: Azərbaycanda sığorta ödənişləri 22 faiz artdı – RƏSMİ  

148338

Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanın sığorta şirkətlərinin sığorta haqlarından əldə etdiyi gəlirlər 648 milyon 945 min manat olub ki, bu da ötən il ili eyni dövrü ilə müqayisədə 167 milyon 340 min manat və ya 24,2 faiz çoxdur. 

Bizim.Media Mərkəzi Bankın rüblük hesabatına istinadən xəbər verir ki, bu vəsait ötən il 491 milyon 605 min manat təşkil edib.  

Cari il ərzində sığorta ödənişləri isə ötən illə müqayisədə 50 milyon 109 min manat və ya 22,2 faiz artıb.
Belə ki, ötən ilin 6 ayı ərzində sığorta şirkətləri tərəfindən bu məqsədlər üçün 174 milyon 923 min manat sərf etmişdilərsə, bu il 225 milyon 032 min manat xərclənib. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO