Azərbaycandakı bankomatların və POS-terminalların ümumi sayı AÇIQLANDI 

Azərbaycandakı bankomatların və POS-terminalların ümumi sayı AÇIQLANDI 

Hazırda oxunan: Azərbaycandakı bankomatların və POS-terminalların ümumi sayı AÇIQLANDI 

147937

Bu ilin iyun ayının sonlarına qədər Bakı şəhərində və regionlarda quraşdırılmış bankomatların və POS-terminalların sayı açıqlanıb. 

Bizim.Media Mərkəzi Bankın aylıq hesabatına istinadən xəbər verir ki, ölkə üzrə 3081 ədəd bankomat, 81 775 ədəd POS-terminal quraşdırılıb. 

May ayında ölkə üzrə 3075 ədəd bankomat və  80 462 ədəd POS-terminal olub. Bu da onu göstərir ki, bir ay ərzində bankomatların sayında 6 ədəd, POS-terminallarda isə 1313 ədəd artıb olub.  

Qeyd edək ki, bankomatların 1604 ədədi Bakı şəhərində, 1477 ədədi isə regionlarda quraşdırılıb. POS-terminalların isə 74 508 ədədi təmassız ödənişləri təmin edən, 2159 ədədi isə özünəxidmət terminallarıdır.  

Pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində quraşdırılan POS-terminalların ümumi sayı 79 300 ədəd təşkil edir ki, bunun da 54 763 ədədi Bakı şəhərində yerləşir.  

Özünə xidmət terminalarının 1100 ədədi Bakı şəhərində, 1059 ədədi isə regionlarda quraşdırılıb.  

Ölkədə mövcud olan POS-terminalların 56 014 ədədi Bakı şəhərində, 25 min 761 ədədi isə regionlarda yerləşir.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO