“Expressbank”ın xalis mənfəəti KƏSKİN AZALIB – HESABAT  

“Expressbank”ın xalis mənfəəti KƏSKİN AZALIB – HESABAT  

Hazırda oxunan: “Expressbank”ın xalis mənfəəti KƏSKİN AZALIB – HESABAT  

147891

Cari ilin 6 ayı ərzində “Ekspressbank” ASC-nin dövr üzrə xalis mənfəəti 6 milyon 320.19 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 708,07 min manat və ya 21,7 faiz azdır.  

Bizim.Media xəbər verir ki, ötən dövrdə bu məbləğ 8 milyon 028.26 manat olub.  

Cari dövrdə bankın faiz gəlirləri ötən ilə nisbətən 3 milyon 386,73 min manat və ya 14.4% artaraq 26 milyon 952.70 min manat, faiz xərcləri isə  53.3% artaraq 7 milyon 144.40 min manat təşkil edib.

Belə ki, ötən dövrdə gəlirlər 23 milyon 565.97 min manat, xərcləri 4 milyon 659.50 min manat səviyyəsində olub.  

Bankın qeyri-faiz gəlirləri cari dövrdə 9 milyon 196.72 min manat, ötən dövrdə isə 8 milyon 821.57 min manat təşkil edib. Burdan da görünür ki bir il ərzində 375,15 min manat və ya 4,3 faiz artım baş verib.  

Qeyri-faiz gəlirlərdə də 1 milyon 785,08 min manat və ya 8,6 faizlik artım müşahidə olunub. Belə ki, ötən dövrdə bu vəsaitlər 18 milyon 833.22 min manat, cari dövrdə isə 20 milyon 618.30 min manat təşkil edib. 

Qeyd edək ki, cari dövrdə bankın əməliyyat mənfəəti 508,09 min manat və ya 5,7 faiz azalaraq 8 milyon 386.72 min manat olub. Mümkün zərərlər üçün yaradılmış məqsədli ehtyatlar fondunun vəsaitləri 334,14 min manat və ya 38,4 faiz azalaraq ötənilki 869.09 min manatdan 534.95 min manata düşüb.  

Mənfəət vergisindən əvvəlki mənfəəti ötən ilin eyni dövründə 9 milyon 763.90 min manat, cari ildə isə 7 milyon 851.76 min manat olub. Hesablamalardan da aydın olur ki, 1 il ərzində 1 milyon 912,14 min manat və ya 19,6 faiz azalma baş verib.  
Bankın mənfəət vergisində isə cüzi azalma nəzərə çarpır. Belə ki, ötən dövrdə 1 milyon 735.64 min manat olan bu məbləğ bir il ərzində 204,06 min manat və ya 11,7 faiz azalaraq cari ildəki 1 milyon 531,58 min manata düşüb. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO