Bakı meriyası 1 milyonluq texnikanı kimdən alacaq?  —  Tenderin qalibi keçmiş nazirdir

Bakı meriyası 1 milyonluq texnikanı kimdən alacaq?  —  Tenderin qalibi keçmiş nazirdir

Hazırda oxunan: Bakı meriyası 1 milyonluq texnikanı kimdən alacaq?  —  Tenderin qalibi keçmiş nazirdir

14778

Martın 13-də Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Kommunal Xidmətlər Müəssisəsi” MMC nəqliyyat və xüsusi texnikaların satınalınması müsabiqəsinə yekun vurub.

Bizim.Media xəbər verir ki, məbləği 914 min 302 manat 70 qəpik olan tenderi "Improtex Trucks and Buses” MMC udub.

Tenderin şərtlərinə görə, MMC üçün 2 ədəd bərk məişət tullantılarının daşınması üçün nəqliyyat vasitəsi alınacaq. 

"Improtex Trucks and Buse” MMC sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova məxsus olan "İmproteks Şirkətlər Qrupu"na aid şirkətlərdəndir. 

"İmproteks Şirkətlər Qrupu"na minik və yük avtomobillərinin satışı, türizm, təmir-tikinti və digər sahəli şirkətlər aiddir.

MAN Truck and Bus AG-nin Azərbaycanda rəsmi idxalçısısı olan "Improtex Trucks and Buses" MMC-nin əsas fəaliyyət sahəsini inşaat avtomobillərinin və texnikasının satışı və satış sonrası xidmətinin göstərilməsi təşkil edir.(qaynarinfo)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO