2024-cü ildə Azərbaycanda neft hasilatı artacaq - PROQNOZ

2024-cü ildə Azərbaycanda neft hasilatı artacaq - PROQNOZ

Hazırda oxunan: 2024-cü ildə Azərbaycanda neft hasilatı artacaq - PROQNOZ

147120

Beynəlxalq Enerji Agentliyi (IEA) 2023-cü ildə Azərbaycanda neft hasilatının gündəlik 0,64 milyon barel olacağını gözləyir.

Bizim.Media xəbər verir ki, proqnoz əvvəlki qiymətləndirmələrlə müqayisədə cüzi dəyişdirilərək 0,1 milyon barel azaldılıb.

Beləliklə, ölkədə neft hasilatı 2023-cü ilin birinci və ikinci rüblərində qiymətləndirmələrə görə, müvafiq olaraq gündəlik 0,64 milyon barel və və 0,62 milyon barel olub.

Eyni zamanda agentlik bu ilin üçüncü rübündə Azərbaycanda neft hasilatının gündəlik 0,64 milyon barel, dördüncü rübdə isə gündəlik 0,65 milyon barel olacağını gözləyir.

Eyni zamanda, proqnozlara görə, 2024-cü ilin birinci rübündə ölkədə neft hasilatı gündəlik 0,67 milyon barelə, bütünlükdə 2024-cü ildə isə gündəlik 0,68 milyon barelə çatacaq.

IEA-nın məlumatlarına görə, 2022-ci ildə Azərbaycanda neft hasilatı gündəlik 0,67 milyon barel olaraq qiymətləndirilir.

2022-ci ildə Azərbaycanda neft hasilatı 32,6 milyon metrik tona (kondensat daxil olmaqla) çatıb. Neft ixracı 26 milyon metrik tondan çox olub ki, bu da 2021-ci illə müqayisədə təqribən 1,09 milyon metrik ton azdır.
Bütünlükdə bu il Azərbaycanda 33,4 milyon metrik ton neftin hasil edilməsi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO