Rusiya “Taxıl sazişi”ni dayandırdı – Azərbaycanda ÇÖRƏK BAHALAŞACAQ?

Rusiya “Taxıl sazişi”ni dayandırdı – Azərbaycanda ÇÖRƏK BAHALAŞACAQ?

Hazırda oxunan: Rusiya “Taxıl sazişi”ni dayandırdı – Azərbaycanda ÇÖRƏK BAHALAŞACAQ?

146648

Kremlin mətbuat katibi Dmitri Peskov bu gün, Rusiya tərəfindən “Taxıl sazişi” ilə bağlı razılaşmalar faktiki olaraq dayandırıldığını bəyan edib. 

Onun sözlərinə görə, sazişin Rusiya ilə bağlı hissəsi həyata keçirilən kimi Moskva dərhal “Taxıl sazişinə”nə qayıdacaq. 

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib ki, Rusiyanın bu addımı məntiqi baxımdan hələlik Azərbaycanda unun qiymətinə xüsusi təsir etməməlidir:
 

MÖVZU İLƏ BAĞLI:

Taxıl sazişi ilə bağlı razılaşmalar DAYANDIRILDI – Kremldən AÇIQLAMA


“Hazırda unun qiymətinin artması üçün heç bir əsas yoxdur. Bu gün anbarlarda olan taxılın əsas hissəsi əvvəlki dövrlərdən, yəni qiymətlərin aşağı olduğu illərdə idxal olunub. Bundan başqa, ölkədə taxıl yığımı yeni başa çatıb. Yerli istehsalı da nəzərə alsaq, o zaman bu, iqtisadi baxımdan qiymətlərə təsir etməməlidir. Ancaq Rusiyanın sazişdən çıxması ondan xəbər verir ki, Azərbaycan taxıl ehtiyatlarını ehtiyatlarını artırmağa çalışmalıdır. Taxıl strateji məhsuldur”.

Onun sözlərinə görə, Rusiyanın bu addımı taxılın dünya bazarındakı qiymətlərinə psixoloji təsir edir:

“Hazırda qiymətlərdə ciddi artımlar müşahidə olunur. Ancaq buna baxmayaraq, dünya bazarında taxıl bolluğu var. Bu da Rusiya-Ukrayna müharibəsindən sonrakı dövrlə müqayisədə, 2023-cü ildən bir sıra ölkələrin, xüsusilə də Polşanın taxıl ehtiyatlarının ciddi şəkildə artırılması ilə bağlıdır. Həmin ölkələr sonradan taxılın bir hissəsini bazara çıxartdılar”.

Müsahibimiz vurğulayıb ki, həmin taxılın uzun müddət anbarlarda saxlanması mümkün olmadığı üçün, bu vəziyyət qiymətlərdə azalmalara gətirib çıxarır: 

“2022-ci ildə müşahidə olunan qıtlıq cari ildən etibarən dünya bazarında bolluqla əvəz olundu ki, bu da qiymətlərə birbaşa təsir göstərdi. Rusiyanın mövqeyi isə göstərir ki, istənilən zaman bazara təsir imkanlarını artırsa, dünya bazarında taxıl təminatında yenidən qıtlığın yaranması riskləri var və bu risk gün getdikcə daha da artmaqdadır”. 

Qeyd edək ki, sonuncu dəfə mayın 17-də İstanbulda Türkiyə vasitəçiliyi ilə 60 gün müddətinə uzadılan “Taxıl sazişi”nin müddəti bu gün bitib.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO