Problemli kreditlərin həcmində KƏSKİN ARTIM – Borclanmanın artması nə qədər TƏHLÜKƏLİDİR?

Problemli kreditlərin həcmində KƏSKİN ARTIM – Borclanmanın artması nə qədər TƏHLÜKƏLİDİR?

Hazırda oxunan: Problemli kreditlərin həcmində KƏSKİN ARTIM – Borclanmanın artması nə qədər TƏHLÜKƏLİDİR?

144513

Azərbaycan Mərkəzi Bankının son məlumatına görə, cari ilin may ayının 31-nə qədər Azərbaycan vətəndaşlarının istehlak və ipoteka kreditləri üzrə banklara olan qalıq borcları 9 milyard 488,5 milyon manat, ötən ilin iyul ayının 30-na qədər isə 7 milyard 838,3 milyon manat təşkil edib. Bu da onu göstərir ki, bir il ərzində əhalinin borcları 1 milyard 650,2 milyon manat və ya 17,40 faiz çoxalıb.

Bununla bağlı Bizim.Media-ya  açıqlama verən iqtisadçı ekspert Pərviz Heydərov bəzi səbəbləri diqqətə çatdırıb:
 

MÖVZU İLƏ BAĞLI:

İnflyasiya kreditlərə necə təsir edib? – Mərkəzi Bankdan HESABAT 


“Bu rəqəmin böyüməsi onu göstərir ki, əhalinin istehlak və ipoteka kreditləri üçün müraciətləri və borclanması hələ də davam edir. Bu da müəyyən qədər təbii xarakter daşıyır.

Əgər insanlar hər iki kredit üzrə borclanmaya gedirsə, bu, həm əhalinin gəlirlərinin bir tərəfdən artmasının, həm də tələbatının göstəricisidir”. 

Ekspert, əsas məsələnin banklarla bağlı olduğunu diqqətə çatdırıb:

“Yəni, problemli kreditlərin həcmi həddindən çox artıb, çünki əhali sürətlə borclanmaya doğru gedir. Bu da təhlükəli məqama çevrilir, kreditlərin ödənilməsində yubanmalara və gecikmələrə səbəb olur, problemli kreditlərin həcmi artır”.

Bununla belə P.Heydərov vurğulayıb ki, hazırda bu kreditlərin həcmi 1 milyard manata çatmır və hazırda sözügedən rəqəm 490 milyon manatdan çoxdur:

“Bu elə də ciddi məbləğ sayılmadığı üçün düşünürəm ki, vəziyyət təhlükəli xarakter daşımır. Problemli kreditlərin həcmi 2015-ci ildəki devalvasiyalardan sonra 2 milyard manata yaxınlaşması faktını yada salaq. 
Əgər həmin dövrdə prezident İlham Əliyev müdaxilə edərək, problemin həlli istiqamətində müvafiq addımlar atmasaydı, bank sektorundakı hazırkı vəziyyəti təsəvvür etmək çətin olardı. Ancaq əhalinin borclanmaya getməsi, yəni ipoteka və istehlak kreditləri üzrə qalıq borclarının artması təhlükəli ola bilər. Əgər qalıq borclar vaxtında ödənməsə, vəsaitlərin həcmi daha sürətlə artacaq”.

Röşvən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO