Mərkəzi Bankın kapitalında 200 milyon manata yaxın AZALMA 

Mərkəzi Bankın kapitalında 200 milyon manata yaxın AZALMA 

Hazırda oxunan: Mərkəzi Bankın kapitalında 200 milyon manata yaxın AZALMA 

144356

Ötən il ərzində Azərbaycan Mərkəzi Bankının nizamnamə kapitalı 2021-ci ildə olduğu kimi qalıb və 500 milyon manat səviyyəsində saxlanılıb. 

Bizim.Media qurumun illik hesabatına əsasən xəbər verir ki, ötən il cəmi kapitalda birdən-birə 189,397 milyon manat və ya 16,18 faiz azalaraq 980,791 manat olub.

Belə ki, 2021-ci ildə bu məbləğ 1 milyard 170,188 milyon manat təşkil edib. 

Bankın kapital ehtiyatlarında isə birdən-birə 46,177 milyon manat və ya 8,77 faiz azalma baş verib. Belə ki, 2021-ci ilin sonun qədər bu vəsait 526,968 milyon manat təşkil edirdisə, 2022-ci ilin sonuna qədər bu vəsait 480,791 milyon manat olub.  
Bölüşdürülməmiş mənfəəti 2021-ci ildəki 183,263 milyon manatdan 11,929 milyon manat və ya 6,51 faiz azalaraq ötən ilki 171,334 milyon manat səviyyəsinə düşüb. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO