Qarabağa investisiya yatırmaq istəyənlərin 70 fazi YERLİ SUBYEKTLƏRDİR 

Qarabağa investisiya yatırmaq istəyənlərin 70 fazi YERLİ SUBYEKTLƏRDİR 

Hazırda oxunan: Qarabağa investisiya yatırmaq istəyənlərin 70 fazi YERLİ SUBYEKTLƏRDİR 

143525

Bu günədək Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlardan KOBİA-ya 1 500-ə yaxın müraciət daxil olub ki, onlardan 70 %-ə yaxını yerli biznes subyektlərinin müraciətləridir. 

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb. 

Bildirilir ki, Azərbaycan Prezidenti tərəfindən 2 dekabr 2022-ci il tarixində təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanunda KOB subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqi forma və metodları müəyyən edilib:

“Bu Qanuna, eləcə də sahibkarlıq sahəsində dövlətin prioritetlərinə və beynəlxalq müstəvidə KOB-larla bağlı çağırışlara uyğun olaraq KOB subyektlərinə dəstək davam etdiriləcəkdir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO