Kirayə mənzil bazarında orta qiymət 800 manatı KEÇDİ

Kirayə mənzil bazarında orta qiymət 800 manatı KEÇDİ

Hazırda oxunan: Kirayə mənzil bazarında orta qiymət 800 manatı KEÇDİ

142935

“İyun ayının əvvəllərində kirayə mənzil bazarında orta qiymət 852 manat təşkil edib. Hazırda kirayə mənzilin 1 kvadrat-metri 9.48 manatdır”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında "MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, bu qiymət may ayı müqayisədə 0,53 faiz çoxdur:

“Ötən ilin eyni dövrü ilə müqayisədə bu bahalaşma 1 kv.m-ə görə 18,95 faiz, ümumi dəyərə görə isə 12,85 faiz həcmindədir. Fərdi yaşayış və bağ evlərinin kirayə haqlarında bir aylıq orta qiymət 1997 manatdır ki, bu da əvvəlki ayla müqayisədə 8,53 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 13,66 faiz çoxdur”.

Onun sözlərinə görə, fərdi və bağ evlərində kirayə qiymətlərinin qalxması daha intensiv olub: 

“Bu da əsasən yay mövsümü ilə əlaqədardır. Adətən may ayının sonundan və iyun ayının əvvəllərindən başlayaraq, kirayə verilən bağ evlərinə tələb daha da artır. Bu da bahalaşmanı qaçılmaz edir. Əvvəlki aylarla müqayisədə, bu ayın əvvəlində kirayə mənzil bazarında bahalı bağ evlərinin sayı daha çoxalıb ki, bu da qiymətlərə öz təsirini göstərir”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO