"Azərbaycanın dünya siyasi arenasındakı mövqeyi və iqtisadi vəziyyəti ilbəil yaxşılaşır. 44 günlük savaşdan sonra isə siyasi-iqtisadi nüfuzumuz daha da artdı. İndi islahatlar işğaldan azad olunan ərazilərdə aparıldıqca bu güc daha da yüksələcək".
Prezident İlham Əliyevin YAP-ın qurultayındakı nitqini Bizim.Media-ya şərh edərkən iqtisadçı alim Emin Qəribli belə söyləyib.
MÖVZU İLƏ BAĞLI:
“Vaşinqton dollar kursunun enməsinə bilərəkdən şərait yaradır” – EKSPERT
O bildidbi ki, Azərbaycanda aparılan islahatlar beynəlxalq reytinq təşkilatları tərəfindən dəyərləndirilir.
Emin Qəribli açıqlamasının davamında bildirdi ki, Dövlət Neft Fondunun dünyanın ilk beşliyində qərarlaşması ciddi nəticədir və dövlətçiliyimiz üçün əlavə divident rolunu oynayır:
“Hər il dünyada iqtisadi şərtlər dəyişir. Pandemiyada göstərdi ki, iqtisadiyyatın sosial yönümlü versiyası daha uğurludur. Azərbaycanda iqtisadiyyatı bu formatı olduğundan insanlara yardım və rifah şəraitinin qorunması asanlaşdı. Dövlətin siyasəti özünü doğrultdu və bütün beynəlxalq təşkilatlar rəsmi Bakının tutduğu xətti təqdirəlayiq saydı”.
Azərbaycanda postpandemiya dövrünə də hazırlıqların getdiyini deyən iqtisadçı alim qeyd etdi ki, cənab Prezident hər dövrə uyğun addımlar atır. Bununla da pandemiyanın çox ölkədə yaratdığı böhran Azərbaycandan az zərərlə ötüşəcək.
Emin Qəribli Dünya İqtisadi Forumunun ölkəmizdə nümayəndəliyinin açılmasını da təsadüfi adlandırmadı.
Bakının yalnız inkişafa hədəfləndiyini deyən müsahibimiz sübut kimi 2025-ci ilə qədər planların icrasını nəzərdə tutan İqtisadi Konsepsiyanı göstərdi:
"Prezidentin sərgilədiyi siyasi iradə islahatlara inamı getgedə artırır. Hamı inanır ki, Qarabağın bərpası uğurla həyata keçiriləcək. Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya prosesi lap sürətlənəcək", - deyə Emin Qəribli fikrini tamamladı.
Anar Rəhimov, Bizim.Media