Rusiya və Aİ arasında yeni QAZ MÜHARİBƏSİ – Avropa tədarükü KƏSKİN AZALDIR

Rusiya və Aİ arasında yeni QAZ MÜHARİBƏSİ – Avropa tədarükü KƏSKİN AZALDIR

Hazırda oxunan: Rusiya və Aİ arasında yeni QAZ MÜHARİBƏSİ – Avropa tədarükü KƏSKİN AZALDIR

139737

Türkiyə ərazisindən keçən iki qaz kəmərindən biri bazar ertəsindən etibarən təmirə bağlandığı üçün Rusiya qazının Avropaya tədarükü özünün tarixi minimumuna düşəcək. Ukrayna ərazisindən keçən yeganə marşrut isə Rusiya qazının Avropa İttifaqına nəqlini davam etdirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə “BBC-Russian” Rusiyadakı mənbələrə istinadən məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Pakistan Azərbaycandan maye qaz alacaq


Agentlik xatırladıb ki, Kremlin Avropa ilə qaz müharibəsi təxminən eyni şəkildə 2022-ci ilin payızında kəskinləşib.

Belə ki, həmin dövrdə “Qazprom” şirkəti Aİ-na gedən “Şimal Axını” magistral qaz kəmərini texniki xidmət üçün dayandırdı, amma sonradan onu yenidən işə salmaqdan imtina etdi. O vaxtdan bəri Aİ Rusiya boru kəməri qazını yalnız Ukrayna və Türkiyə ərazilərindən keçirir.

Bəs yaxşı, Aİ ilə Rusiya arasında qaz müharibəsinin yeni mərhələsini gözləməyə dəyərmi?

BBC-nin analitikləri bildirirlər ki, Avropa artıq “Qazprom” olmadan da həyata alışır və yeni alternativlər tapıb. Aİ dövlətləri Qətərdən və ya ABŞ-dan maye qazın tədarükü ilə bağlı bağladıqları müqavilələrlə öz həyatları üçün daha az əsaslar yaradırlar. Aİ çoxdan Rusiya qazının tamamilə dayandırılması perspektivindən imtina edib və pula qənaət etməyi öyrənib.

Onlar qeyd edirlər ki, “Qazprom” heç vaxt ən böyük, ən yaxın və zəngin Avropa bazarı olmadan həyata öyrəşməyəcək və onun alternativi nəinki yaxın illərdə, hətta qarşıdakı onilliklərdə də tapılmayacaq.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsinə başlamamışdan bir il yarım əvvəl Avropaya qarşı qaz müharibəsinə başlayıb.

“Qazprom” Aİ-na illik qaz tədarükünü 80% azaltdıqdan sonra Avropa inflyasiyanı artıran və iqtisadi artımı yavaşladan enerji böhranının məngənəsinə düşdü. Son bir il ərzində Aİ ölkələri əhalini və sənayeni dəstəkləmək üçün 750 milyard avrodan çox vəsait xərcləyiblər.

Rövşən Ziya, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO