17 ildir “bəxti açılmayan” RƏQABƏT MƏCƏLLƏSİ – Hökumət layihəni hazırlayıb, parlament isə...

17 ildir “bəxti açılmayan” RƏQABƏT MƏCƏLLƏSİ – Hökumət layihəni hazırlayıb, parlament isə...

Hazırda oxunan: 17 ildir “bəxti açılmayan” RƏQABƏT MƏCƏLLƏSİ – Hökumət layihəni hazırlayıb, parlament isə...

139305

“Azərbaycan hökuməti artıq Rəqabət Məcəlləsinin rəsmi şəkildə hazırlandığını və praktiki olaraq ilkin versiyasını razılaşdırdığını bəyan edib. Bu baxımdan da bu məcəllənin qəbul olunması vacibdir”.  

Bu sözləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. 

Onun sözlərinə görə, deputatlar sənədin Milli Məclisin 2023-cü ilin fəaliyyət planına salınmasını dəstəklədiklərini bildirdi: 

“Bu baxımdan da fəaliyyət proqramında məcəllənin parlamentdə müzakirəsi öz əksini tapıb. Bizdə ümid edirik ki, payız sessiyasında bunun müzakirəsinə nail ola biləcəyik”.

Müsahibimiz, onları maraqlandıran digər məqamın süni qiymət artımlarına qarşı mübarizə ilə bağlı olduğunu diqqətə çatdırdı:

“Bu, əslində qanunvericiliklə yanaşı, daha çox praktiki şəkildə mexanizmlərin tətbiqini özündə əks etdirir. Süni bahalaşmanı bir neçə fərqli səbəbi var. Əsasən də sahibkarlar tələbin artması adı ilə bu addımı atmağa cəhd edirlər. Digər bir səbəb isə bazarlarda rəqabətin zəif olması ilə əlaqədardır. Bu zəiflik təkcə paytaxt deyil, eyni zamanda region bazarlarında da özünü göstərir. 
Bakının bazarlarında kənd təsərrüfatı məhsullarının qiyməti regionlara nisbətdə daha bahadır. Nəqliyyat xərclərini və paytaxtda icarə haqlarının yüksək olduğunu nəzərə alsaq belə, fərqlər kifayət qədər böyükdür”. 

Onun sözlərinə görə, bu, daha çox süni qiymət artımından xəbər verir: 

“Bu konteksdən də bahalaşmaya qarşı mübarizənin gücləndirilməsinin və sistemli şəkildə davam etdirilməsinin tərəfdarıyıq. Bu bütövlükdə bazarda azad rəqabətin yaradılması, qiymətlərin planlaşdırılması və əsasən də bölgələrdə məhsul istehsal edən fermerlərin və sahibkarların paytaxt bazarlarına çıxış əldə etməsi aspektindən vacibdir.

Əgər onların paytaxt bazarlarına çıxışına imkan verilərsə, bu, qiymətlərin optimallaşmasına və ucuzlaşmasına səbəb olacaq. Bu baxımdan da qanunvericilik bazasının təkmilləşdirilməsi və yeni mexanizmlərin tətbiq edilməsi süni qiymət artımına qarşı mübarizənin daha səmərəli həyata keçirilməsinə gətirib çıxaracaq”.
Xatırladaq ki, Rəqabət Məcəlləsi hələ 2006-cı ildə Milli Məclisə təqdim edilib. Layihə 2 oxunuşdan keçsə də, 3-cü oxunuşda müzakirəyə çıxarılmayıb. Bu ilin fevralında isə Məcəllə Milli Məclisin 2023-cü il yaz sessiyası üçün iş planına daxil edilsə də, bu dəfə də plenar iclaslarda müzakirəyə çıxarılmadı.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO