Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə sosial-məişət problemlərinin həlli və müalicələrinə köməklik göstərmək məqsədilə Naxçıvan Muxtar Respublikası üzrə 620 nəfər əlilliyi müəyyən olunmuş şəxsə birdəfəlik maddi yardım verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti tərəfindən müvafiq kateqoriyadan olan 105 nəfərin hər birinə 200 manat, 514 nəfərin hər birinə 100 manat,1 nəfərə isə 500 manat olmaqla, ümumilikdə 72 min 900 manat məbləğində birdəfəlik maddi yardımın verilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:51 / 31.05.2023
Naxçıvanda 620 nəfərə birdəfəlik maddi yardım verilib
Hazırda oxunan: Naxçıvanda 620 nəfərə birdəfəlik maddi yardım verilib
Hazırda oxunan: Naxçıvanda 620 nəfərə birdəfəlik maddi yardım verilib
138970
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.