Ümumrusiya “Birincilərin Hərəkatı” və Gənclərin Təhsil və Dəstək Mərkəzi “İrs” arasında müqavilə imzalanıb - FOTO 

Ümumrusiya “Birincilərin Hərəkatı” və Gənclərin Təhsil və Dəstək Mərkəzi “İrs” arasında müqavilə imzalanıb - FOTO 

Hazırda oxunan: Ümumrusiya “Birincilərin Hərəkatı” və Gənclərin Təhsil və Dəstək Mərkəzi “İrs” arasında müqavilə imzalanıb - FOTO 

138968

XIV Beynəlxalq İqtisadi Kazan Forumu “Rusiya – İslam Dünyası: KAZANFORUM 2023” çərçivəsində uşaq və gənclər siyasəti üzrə 10 beynəlxalq gənclər təşkilatı rəhbərləri və Ümumrusiya Uşaq və Gənclər “Birincilərin Hərəkatı” arasında əməkdaşlıq müqavilələri imzalanıb.

Bizim.Media xəbər verir ki, belə müqavilələrdən biri də sözügedən Rusiya təşkilatı və Azərbaycanı təmsil edən Gənclərin Təhsil və Dəstək Mərkəzi “İrs” arasında imzalanıb.

Müqavilələrin əsas müddəalarından biri İƏT ölkələrindən olan yeniyetmələrin Tatarıstan Respublikasında keçirilməsi nəzərdə tutulan Gənclər Düşərgəsində iştirakını təmin etməkdir.
Bu ilin avqustunda Tatarıstanın İnnopolis şəhərində (ölkənin ən gənc və innovativ şəhəri) sözügedən düşərgənin ilk sessiyası keçiriləcəkdir.

Bu sessiyada mədəniyyət və sənət, diplomatiya, media və turizm mövzularından bəhs ediləcək. 

İştirakçı ölkələri təmsil edən nümayəndələr 20 nəfərlik komandalara bölünərək bir yerdə kreativ bacarıqlarını nümayiş etdirərək gələcəkdə baş tutacaq əməkdaşlıq üzrə layihələr hazırlayacaq. Müqavilə çərçivəsində İƏT ölkələri və Rusiya olmaqla bütövlükdə, 100 məktəbdə Diplomatiya Klubları fəaliyyət göstərəcək.

Bu layihə çərçivəsində başqa ölkələri dərindən öyrənmək və yeni dostlar əldə etmək istəyən 12-17 yaşlı şagirdlər bu ilin oktyabr və noyabr ayları doqquz həftə ərzində onlayn sessiyalar vasitəsilə ünsiyyətdə olacaqlar.
Bu sessiyalarda  şagirdlər yaradıcı tapşırıqlar həll edəcək və  müxtəlif mövzular üzrə diskussiyalarda iştirak edəcək. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO