Rusiyanın 200 milyard avrodan çox aktivləri DONDURULDU 

Rusiyanın 200 milyard avrodan çox aktivləri DONDURULDU 

Hazırda oxunan: Rusiyanın 200 milyard avrodan çox aktivləri DONDURULDU 

138158

Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkə Rusiya-Ukrayna müharibəsi səbəbindən bu günə qədər Rusiya Mərkəzi Bankının 200 milyard avrodan çox aktivləri dondurulub. 

Bizim.Media “Euronews” agrentliyinə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Kristian Viqand, bu gün Brüsseldə keçirilən gündəlik mətbuat konfransında məlumat verib. 

Viqand qeyd edib ki, Avropa İttifaqına üzv ölkələr 10-cu sanksiya paketi çərçivəsində Rusiya Mərkəzi Bankının 200 milyard avrodan çox aktivlərini dondurduqları barədə məlumatı Komissiyaya təqdim ediblər. 

Ukraynaya vurduğu zərərin əvəzini Rusiyanın ödətdirməkdə qərarlı olduqlarını diqqətə çatdıran K.Viqand, bu mövzuda işlərin intensiv davam etdiyini bildirib. 
Rusiyanın dondurulmuş aktivlərindən istifadə variantları barədə düşündüklərini deyən AK sözçüsü bildirib ki, bu variantlardan biri də Mərkəzi Bankının qaynaqları ilə bağlıdır. Onun sözlərinə görə, bu aktivlərin müəyyən faizindən Ukrayna üçün istifadə oluna bilər. 

Viqand vurğulayıb ki, Aİ Şurasının strukturunda yaradılan işçi qrupda Rusiya aktivlərinin necə qiymətləndiriləcəyi ilə bağlı məsələlər müzakirə edilir.  

Qeyd edək ki, qərb ölkələrində Rusiya Mərkəzi Bankının ümumilikdə 300 milyard dollar olan ehtiyatları Rusiya-Ukrayna müharibəsi səbəbindən dondurulub. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO