Problemli kreditlərlə bağlı RƏSMİ AÇIQLAMA

Problemli kreditlərlə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Problemli kreditlərlə bağlı RƏSMİ AÇIQLAMA

137478

Bu il mayın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 591,8 milyon manat təşkil edib.

Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,2 % çoxdur.

Bununla belə, ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 0,3 %, son 1 ildə isə 12,3 % azalıb.

Bu il aprelin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,8 % təşkil edib. Bu nisbət martın sonuna 2,9 %, ötən ilin sonuna 2,9 %, ötən il aprelin sonuna isə 3,7 % olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO