Qarabağda enerji səmərəliliyi ilə bağlı monitorinq APARILACAQ

Qarabağda enerji səmərəliliyi ilə bağlı monitorinq APARILACAQ

Hazırda oxunan: Qarabağda enerji səmərəliliyi ilə bağlı monitorinq APARILACAQ

137466

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində "yaşıl" texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqinə əməl edilməsinin monitorinqi aparılacaq.

Bizim.Media xəbər verir ki, bu məsələlər energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə işğaldan azad edilmiş ərazilərdə "yaşıl" texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun növbəti iclasında müzakirə olunub və müvafiq qərar qəbul edilib.

İşçi Qrupun əvvəlki iclasında qəbul edilmiş qərara əsasən ötən dövr ərzində həyata keçirilmiş tədbirlərə dair İşçi Qrupun Katibliyinin hesabatı dinlənilib, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonası”nın yaradılması ilə bağlı qarşıya qoyulmuş tapşırıqların icrası müzakirə edilib.

Şərqi Zəngəzur İqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti İdarəetmə və Qarabağ İqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin nümayəndələrinin “Yaşıl enerji zonası” Konsepsiyasının tələblərinə uyğun olaraq həyata keçirilən tikinti-quruculuq işlərinə və reallaşdırılmış layihələrə dair məruzələri dinlənilib.
Qeyd edək ki, iclasda İşçi Qrupuna daxil olan dövlət qurumları ilə yanaşı, “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs, “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs və Qarabağ Dirçəliş Fondunun nümayəndələri də iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO