Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə artıb - RƏSMİ

Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə artıb - RƏSMİ

Hazırda oxunan: Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə artıb - RƏSMİ

137437

Azərbaycanda həyata keçirilən köklü sosial islahatlar nəticəsində 2018-2023-cü illərdə ölkədə sosial ödənişlərdə ciddi artım dinamikasına nail olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, bu dövrdə minimum aylıq əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum aylıq pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. 

Orta aylıq əməkhaqqında 65,3 faiz, median əməkhaqqında 2,1 dəfə, əməkhaqqı fondunda 2,5 dəfə, orta aylıq pensiyada 2 dəfə, sosial müavinət və təqaüdlər üzrə ayrılan illik vəsaitdə 5 dəfəyədək, ünvanlı sosial yardımın orta aylıq məbləğində 2,9 dəfə artım baş verib.
2018-2023-cü illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunmaqla, bu islahatlar üzrə əlavə olaraq illik 6,8 mlrd. manat vəsait yönəldilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO