Ötən il “Azərxalça” 4,7 milyon manatdan çox zərər edib – FOTO  

Ötən il “Azərxalça” 4,7 milyon manatdan çox zərər edib – FOTO  

Hazırda oxunan: Ötən il “Azərxalça” 4,7 milyon manatdan çox zərər edib – FOTO  

137239

2022-ci ilin dekabrın 31-nə olan vəziyyətə əsasən, “Azərxalça” ASC-nin qədər satışdan əldə etdiyi gəlirin dəyəri 1 milyon 551 min 079 manat, satışın maya dəyəri isə 904 min 235 manat dəyərində olub.  

Bizim.Media xəbər verir ki, hesablamalar zamanı şirkətin gəlirinin cəmi 646 min 844 manat və ya10,03 faiz təşkil etdiyi aydın olur.  

2021-ci ilin müvafiq dövründə ASC satışdan 1 milyon 606 min 810 manat gəlir əldə etmişdi. Maya dəyəri isə 1 milyon 214 min 639 manat olmuşdu. Deməli, şirkət satışdan 55 min 731 manat, maya dəyərindən isə 310 min 404 manat zərər edib.  

Azərxalça”nın 2022-ci ilin dekabrın 31-nə digər satışlardan əldə etdiyi gəliri 203 min 239 manat, inzibati və əməliyyat xərcləri isə 4 milyon 969 min 684 manat olub.  

Burdan da aydın olub ki, şirkətin əməliyyat zərərləri 4 milyon 766 min 446 manat olub. Bu zərər 2021-ci ilin eyni dövründə 3 milyon 773 min 407 manat təşkil edib. ASC-nin bir il ərzindəki zərəri 990 min 039 manat  və ya 47,19 faiz olub.  


Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO