Əhalinin nəzərinə: Bu hallarda elektrik enerjisinin verilməsi DAYANDIRILACAQ

Əhalinin nəzərinə: Bu hallarda elektrik enerjisinin verilməsi DAYANDIRILACAQ

Hazırda oxunan: Əhalinin nəzərinə: Bu hallarda elektrik enerjisinin verilməsi DAYANDIRILACAQ

136877

Ötürücü və ya paylayıcı sistem operatoru tərəfindən istehlakçıya elektrik enerjisinin verilişinin hansı hallarda dayandırılması yeni qanun layihəsi ilə müəyyən edilir. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev tərəfindən təsdiq edilən "Elektroenergetika haqqında" yeni qanunda əksini tapıb. 

Qanuna əsasən, elektik enerjisinin verilməsi aşağıdakı hallarda dayandırıla bilər: 

- istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda 

- elektrik enerjisinin sayğacla müəyyənləşən dəyəri barədə hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra sərbəst olmayan istehlakçı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfındən müəyyən edilən müddətdə, sərbəst istehlakçı tərəfindən isə elektrik enerjisinin techizatı müqaviləsi ilə nəzərdə tutulmuş müddətdə tam məbləğdə ödənilmədikdə techizatçının təşəbbüsü ilə 

- techizatçı dəyişdikdə yeni təchizatçı ilə müvafiq müqavilə bağlanılmadıqda 

- təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yarığının və ya qaz sızmasının qarşısı alındıqda ötürücü və ya paylayıcı sistem operatorunun təşəbbüsü ilə 

- məhkəmənin qararı ilə 

- dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda həmin əməliyyatın aparılma zonasında dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında. 

- təmir-profilaktika işləri aparılarkən yazılı xəbərdarlıq göndərilmədən elektrik enerjisinin verilməsinin dayandırılması qadağandır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO