Bu il neft-qaz ixracından 11,4 milyard dollar gəlir əldə edilib – RƏSMİ

Bu il neft-qaz ixracından 11,4 milyard dollar gəlir əldə edilib – RƏSMİ

Hazırda oxunan: Bu il neft-qaz ixracından 11,4 milyard dollar gəlir əldə edilib – RƏSMİ

136669

Cari ilin 4 ayı ərzində Azərbaycan neft-qaz sektoruna daxil olan malların ixracından 11 milyard 397 milyon 594.28 min dollar gəlir əldə edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında əks olunub.  

İxrac edilən neft-qaz məhsulları arasında ölkəyə ən böyük gəlir gətirən məhsul bitumlu süxurlardan alınmış xam neft və xam neft olub. Bu məhsulun ixracından əldə edilən vəsaitin dəyəri 5 milyard 715 milyon 409.95 min dollar, çəkisi isə 9 milyard 235 milyon 906.05 min ton təşkil edib. 

İkinci ən böyük gəlirli məhsul təbii qazla bağlı olub. Cari dövr ərzində ümumilikdə 6 milyard 513 milyon 694.62 min kubmetr təbii qaz ixrac olunub ki, burdan da 5 milyard 418 milyon 534.55 min dollar gəlir əldə edilib.  

Cari dövrdə 377 milyon 917.92 min ton bitumlu süxurlardan alınmış neft və neft məhsulları, yəni tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə-faiz və ya daha çox olan məhsullar ixrac olunub və bu zaman əldə edilən gəlirin ümumi məbləği 226 milyon 950.60 min dollar olub.
Bu il ixrac olunan məhsullardan biri də neft koksudur. Bu məhsulun ümumi çəkisi 100 min 484.09 ton, ümumi dəyəri isə 35 milyon 981.73 min dollar olub. Ən az gəlirli məhsul isə neft bitumu (701.43 ton) olub və bu məhsuldan  cəmi 220 min dollar gəlir əldə edilib.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO