Əhalinin banklardakı əmanətləri 11 milyard manatı ÖTDÜ – FOTO

Əhalinin banklardakı əmanətləri 11 milyard manatı ÖTDÜ – FOTO

Hazırda oxunan: Əhalinin banklardakı əmanətləri 11 milyard manatı ÖTDÜ – FOTO

136606

2023-cü il aprel ayının 1-nə olan vəziyyətə görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 15,4 faiz artım baş verib. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı aylıq hesabatda əks olunub. 

Mərkəzi Bankın məlumatlarına istinad edilən statistikaya görə, əmanətlərinin ümumi məbləği 11 milyard 964,4 min manat təşkil edib. Bunun 7 milyard 397,7 milyon manatı milli valyutada, 4 milyard 566,7 milyon manatı isə xarici valyutada olub.  
Bu da onu göstərir ki, əmanətlərin 61,8 faizi milli, 38,2 faizi xarici valyutada qoyulub. Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 4,1 faiz artıb. 


Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO