ABŞ iqtisadiyyatı böhranla ÜZ-ÜZƏ – Azərbaycan üçün hansı fəsadları olacaq?

ABŞ iqtisadiyyatı böhranla ÜZ-ÜZƏ – Azərbaycan üçün hansı fəsadları olacaq?

Hazırda oxunan: ABŞ iqtisadiyyatı böhranla ÜZ-ÜZƏ – Azərbaycan üçün hansı fəsadları olacaq?

136227

ABŞ-ın qanuni borc limiti 31,4 trilyon dollara çatdırılıb. Ona görə də ölkənin Maliyyə Nazirliyi maliyyə əməliyyatlarını davam etdirmək üçün fövqəladə tədbirlər görməyə məcbur olub. 
Belə ki, Ağ Ev administrasiyası son aylarda Konqresi borc limitini artırmağa çağırır.

Nümayəndələr Palatasına nəzarət edən respublikaçılar dövlət borcunun tavanını artırmağa razıdırlar. Lakin, bunun müqabilində hökümətdən büdcə xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasını istəyirlər. 
Ağ Ev isə bu tələbləri rədd edib. Bildirib ki, xərclərin azaldılmasını müzakirə etməyə hazırdır, lakin qanunvericilər qeyd-şərtsiz borc limitini artırmalıdırlar.

Qeyd edək ki, Ağ Ev administrasiyası iyunun 1-də milli borc tavanına nail olmasa, onda  fövqəladə tədbirlər tükənə bilər. Bu halda, ölkə federal borc üzrə defoltla üzləşəcək. Bu isə ABŞ-da iqtisadi fəlakətə, ardınca isə qlobal iqtisadiyyatda şoklara səbəb ola bilər.

Bəs, dünyanın ən böyük ÜDM-na malik ABŞ-dakı proseslər mənfi istiqamətdə inkişaf edərsə, bu dünya iqtisadiyyatına və Azərbaycana necə təsir edə bilər?

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında bildirib ki, ABŞ-da defolt təhlükəsi ilk dəfə yaşanmır:
 

MÖVZU İLƏ BAĞLI:

Dünyanı gözləyən İQTİSADİ BÖHRAN – Hansı ölkələr vəziyyətdən qazanclı çıxacaq?


“Əslində bu texniki defoltdur. Bu da ölkənin defolt həddinə gəlməsi anlamına gəlmir. Artan borcla bağlı hər il müzakirələr gedir. Bu ilki müzakirələrə bir siyasi çalar da qatılıb. Çünki, Nümayəndələr Palatasında Respublikaçılar Partiyasının üstünlüyü var.

Onlar da borc həddinin artırılması ilə bağlı qərarın əleyhinə səs verəcəklərini söyləyirlər. Bu da vəziyyəti bir qədər də gərginləşdirir. Bu da təsadüfi deyil. Çünki, hər iki partiya növbəti Prezident seçkilərinə hazırlaşır. Ona görə də bir-birlərindən ciddi güzəştlər qopartmağa çalışırlar”.

Ekspert onu da xatırladıb ki, Barak Obamanın Prezidentlik dövründə də defolt elan olunmuşdu:

“Amma o zaman bu proses cəmi 2 həftə çəkdi. Bu mənada ABŞ iqtisadiyyatının indiki vaxtda defolt olacağını heç kim gözləmir. İndiki vəziyyətdə Bayden Senatdan kənar da borc tavanını bir qədər artıra bilər. Lakin, Bayden hələlik buna getmir. İstəyir ki, Nümayəndələr Palatası özü belə bir qərar versin”.

Natiq Cəfərli bütün bu gərginliyin dünya birjalarına da təsirsiz ötüşməyəcəyini bildirdi:

“Bu faktor dolların və digər əmtəələrin məzənnəsinə təsir edir. Bunun Azərbaycana heç bir təsiri yoxdur. Çünki, ölkəmizdə bazar institutları, qiymətli kağızlar bazarı yoxdur. Bu o halda iqtisadiyyatımıza təsir edə bilər ki, ABŞ-dakı texniki defolt uzan sürər və neftin qiyməti aşağı düşər. Bu hal baş verərsə, böhran Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmüyəcək”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO