İslam İnkişaf Bankı Qarabağda həyata keçiriləcək layihələrdə maraqlıdır - FOTO 

İslam İnkişaf Bankı Qarabağda həyata keçiriləcək layihələrdə maraqlıdır - FOTO 

Hazırda oxunan: İslam İnkişaf Bankı Qarabağda həyata keçiriləcək layihələrdə maraqlıdır - FOTO 

136129

Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam İnkişaf Bankının (İİB) Müdirlər Şurasının 48-ci İllik Toplantısı keçirilib. Tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. 

İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya bildirilib ki, illik toplantı zamanı üzv ölkələrdə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində birgə əməkdaşlıq imkanlarının araşdırılması, insan kapitalının inkişafı, dayanıqlı, yaşıl və davamlı infrastrukturun qurulması kimi aktual məsələlər müzakirə olunub. 

Tədbir çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İİB-in prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə görüşündə ölkəmizdə Bankla əməkdaşlığın yüksək qiymətləndirildiyini vurğulayıb, İİB-lə tərəfdaşlığın genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasında əməkdaşlıq, KOB-ların dəstəklənməsi, bankların maliyyələşdirilməsi, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı fikirlərini bildirib. 

Məhəmməd Süleyman Əl-Casir Azərbaycanın Bankın fəaliyyətinə böyük töhfə verdiyini, əməkdaşlığımızın uğurlu tarixə malik olduğunu bildirib.

Bankın prezidenti həyata keçirilən birgə layihələrin Azərbaycanda iqtisadiyyatın, o cümlədən infrastrukturun inkişafı baxımından önəmini qeyd edib, əməkdaşlığın genişləndirilməsi, xüsusilə ölkəmizin işğaldan azad edilmiş ərazilərində həyata keçiriləcək layihələrdə Bankın maraqlı olduğunu bildirib. 
Toplantı çərçivəsində, həmçinin İslam İnkişaf Bankı Qrupuna daxil olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının (İTFC) rəhbəri və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş direktoru vəzifələrini icra edən Hani Salem Sonbol ilə görüş keçirilib. Tərəflər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin inkişafı istiqamətində İTFC ilə əməkdaşlıq, eləcə də Azərbaycanın ixrac potensialının gücləndirilməsində və İslam maliyyəsinin tətbiqində Korporasiyanın rolunu müzakirə edib, bu istiqamətdə atılacaq növbəti birgə addımları nəzərdən keçiriblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO