Bu il pensiya ödənişlərinə yönəldilən VƏSAİT 

Bu il pensiya ödənişlərinə yönəldilən VƏSAİT 

Hazırda oxunan: Bu il pensiya ödənişlərinə yönəldilən VƏSAİT 

136030

2023-cü ilin 4 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (234 mln. manat) çox olmaqla 1 mlrd. 891 mln. manat vəsait yönəldilib. 

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib. 

Qeyd olunub ki, pensiyaların orta aylıq məbləği 18 faiz artaraq 432 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 465 manata çatıb. 

Növbəti sosial islahat paketi çərçivəsində minimum pensiya bu il fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb.

Ötən il pensiyaçılara verilən maddi yardımlar bu ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilərək pensiyaları artırılıb. Həmin artım tətbiq edildikdən sonra pensiyaların 2022-ci il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilərək artırılması təmin edilib. 
Bu ilin yanvar-aprel ayları ərzində 12,8 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 84,3 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO