Avropa İttifaqından TƏKLİF: “Rusiya neftinin nəqli tamamilə dayandırılsın” 

Avropa İttifaqından TƏKLİF: “Rusiya neftinin nəqli tamamilə dayandırılsın” 

Hazırda oxunan: Avropa İttifaqından TƏKLİF: “Rusiya neftinin nəqli tamamilə dayandırılsın” 

135682

Avropa İttifaqı XI sanksiyalar paketinin bir hissəsi kimi, Rusiya neftinin Drujba kəməri ilə Almaniya və Polşaya nəqlinin rəsmən dayandırmasını təklif edib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.  

Qeyd olunub ki, Macarıstan, Çexiya və Slovakiya nefti adıçəkilən kəmərin Ukrayna ərazisindən keçən cənub qolundan aldıqlarına görə bu təklif onlar üçün istisna olacaq.  

Nəşr yazır ki, bir müddət əvvəl Almaniya və Polşa Drujba vasitəsilə neft almağı dayandırdıqları üçün qərar kifayət qədər simvolik olacaq. Bununla belə, təklifin XI sanksiyalar paketinə daxil edilməsi ilə bağlı təklifə Aİ-nin bütün üzvlərinin razılığı tələb olunduğu üçün qərar dəyişdirilə bilər, Ona görə ki, məhdudiyyətlərin yeni mərhələsinin müzakirəsi hələ də davam edir. 
“Bloomberg” qeyd edir ki, Rusiya neftinin şimal qolu boyunca tədarük faktiki dayandırıldıqdan sonra, Qazaxıstandan kəmər vasitəsilə az miqdarda neft vurulub. 

Qeyd edək ki, Aİ-nin bu təklifi Qazaxıstandan neftin alınması, idxalı və ya daşınması və Xəzər Konsorsiumu (CPC) boru kəmərinə texniki qulluq üzrə xidmətlərin göstərilməsinə imkan verəcək istisnaları ehtiva edir. 

Xatırladaq ki, 2022-ci ildə Almaniya və Polşa şimal qolundan gündəlik 480 min barel, Çexiya, Macarıstan və Slovakiya isə cənub qolundan 290 min barelə qədər neft nəql ediblər.  

Polşanın PKN Orlen şirkəti fevral ayında yaydığı açıqlamasında, Rusiyanın boru kəməri ilə Polşaya neft nəqlini dayandırdığını iddia etdi. Mart ayında isə Almaniya kansleri Olaf Şolz ölkənin Rusiya neftindən müstəqilliyini elan etdi. Boru kəməri tədarükündən imtina etdikdən sonra neftayırma zavodları (neft emalı zavodları) alternativ təchizatçılardan neftin çatdırılması üçün daha mürəkkəb marşrutlar hazırlamağa məcbur olublar. Berlin yaxınlığındakı bir neft emalı zavodu hasilatı azaltmaq məcburiyyətində qaldı. 

Bundan bir müddət əvvəl isə “Euobserver” Agentliyi Avropa Komissiyasının (AK) qeyri-rəsmi sənədinə istinadən xəbər vermişdi ki, Polşa Almaniyaya Rusiyaya qarşı 11-ci sanksiyalar paketi çərçivəsində Drujba vasitəsilə tədarükdən rəsmən imtina etməyi təklif edib.  
AK bu sənədi Aİ ölkələri Rusiyaya qarşı yeni sanksiyalarla bağlı təkliflərini rəsmən təqdim etdikdən sonra hazırlayıb. Polşa “PKN Orlen” şirkəti açıqlamasında bildirib ki, Rusiya neftindən imtina etmək gündəlik 27 milyon dollara başa gəlir. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO