Qazaxıstanda BÖYÜK ƏMƏLİYYAT: Nazarbayevin dövründə satılan bütün aktivlər geri qaytarılır

Qazaxıstanda BÖYÜK ƏMƏLİYYAT: Nazarbayevin dövründə satılan bütün aktivlər geri qaytarılır

Hazırda oxunan: Qazaxıstanda BÖYÜK ƏMƏLİYYAT: Nazarbayevin dövründə satılan bütün aktivlər geri qaytarılır

135665

“Qazaxıstan hökuməti qanunsuz alınmış və istifadəsiz qalmış 460 min hektar torpaq sahəsini geri qaytarıb. Bu sahələr yaxın vaxtlarda kəndlilərin xeyrinə dövlət mülkiyyətinə qaytarılacaq. Müsadirə olunan digər əmlakın hara və kimlərə qaytarılması ilə bağlı məsələ isə müzakirə olunur”. 

Bizim.Media “Orda.kz”ya istinadla xəbər verir ki, bu barədə Aktivlərin qaytarılması üzrə İdarələrarası Komissiyanın rəsmi nümayəndəsi Alipbek Zein məlumat verib. 

Onun sözlərinə görə geri qaytarılan digər aktivlər iqtisadiyyatın müxtəlif sahələrinə yönəldilir: 

“Məsələn, komissiyamız vergidən yayınma halı müəyyən edilmiş 100 milyard tengelik vergini qaytarıb. Bu vəsait də vergi orqanlarının hesabına daxil olacaq”.  

A.Zein xatırladıb ki, 7-8 aylıq işin nəticəsində bu günə qədər Qazaxıstana 760 milyard tengelik aktivlər qaytarılıb: 

“Bu vəsait, əsasən də Lixtenşteyn, Avstriya və Birləşmiş Ərəb Əmirliklərində gizlədilən bütün aktivlər əmlak, aktiv və valyuta şəklində geri qaytarılır. Bundan başqa, ötən ilin mart ayının 13-də Almatı hava limanından Dubaya (BƏƏ) şəxsi reyslə getmək istəyərkən saxlanılan Kayrat Satıbaldıdan müsadirə edilmiş (keçmiş prezident Nursultan Nazarbayevin qardaşı oğlu – red:) on milyonlarla dollar dəyərində zinət əşyaları dövlətə qaytarılıb. Həmçinin cinayət işi üzrə təqsirləndirilən şəxslər 172 milyard tengeni könüllü olaraq dövlətə təhvil veriblər”. 

A.Zeyni vurğulayıb ki, Almatı şəhərinin topdansatış bazarında 4 dəfə aşağı qiymətə alınan səhmlər, oliqopoliya subyektlərinin qanunsuz mülkiyyətində olan 17 ticarət obyekti geri alınıb. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO