Şirkətlərin banklardakı vəsaitləri üçün BATMA TƏHLÜKƏSİ – Böyük əmanətlər niyə sığortalanmır? 

Şirkətlərin banklardakı vəsaitləri üçün BATMA TƏHLÜKƏSİ – Böyük əmanətlər niyə sığortalanmır? 

Hazırda oxunan: Şirkətlərin banklardakı vəsaitləri üçün BATMA TƏHLÜKƏSİ – Böyük əmanətlər niyə sığortalanmır? 

135227

Son vaxtlar cəmiyyəti narahat edən məsələlərdən biri də fiziki şəxslərin banklarda manatla yatırılan əmanətlərinin sonrakı taleyi ilə bağlıdır. Hazırda həmin əmanətlərin sığortalanması, faiz dərəcələrinin hesablanması, illik hesablanan faizlərin aylara bölünərək müştəriyə təqdim olunması, eləcə də əmanət məbləğinin ilin sonunda götürülməsi ilə bağlı ciddi problemlər var.

Digər məsələ isə ölkədə mövcud olan bankların etibarlılığı ilə bağlıdır. Hazırda Azərbaycanda 25 bank fəaliyyət göstərir və hər biri ayrıca manat əmanəti siyasəti həyata keçirir. Fiziki və hüquqi şəxslər də buna müvafiq olaraq seçim edir və əmanətlərini istədikləri banka yatıra bilirlər. 

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən bank sektoru üzrə mütəxəssis və hüquqşünas Əkrəm Həsənov bildirdi ki, hazırda bank sektorunda əmanətlərlə bağlı heç bir problemi yoxdur:

"Bu gün hər bir şəxsin istənilən bankda 100 min manata qədər əmanəti sığortalana bilir. Bu şərtlə ki, onun qoyduğu əmanət manatladırsa, faiz dərəcəsi 12 faizdən, xarici valyutadadırsa, 2,5 faizdən yüksək olmasın. Əgər bir şərtlərə əməl olunursa, bank iflas edib bağlansa belə, Əmanətlərin Sığortalanması Fondu yatırılan vəsaiti kompensasiya edəcək. 

Bir neçə il əvvələ qədər qanunvericilikdə boşluqlar vardı və fond qanunsuzluqlar edirdi. Amma indi bu problemlər məhkəmələr yolu ilə həll olunur. Bu baxımdan da əmanətçi üçün təhlükəli bank yoxdur. Sadəcə, əmanət yatırılarkən faiz dərəcələrinə diqqət yetirilməlidir. 
Bəzən vətəndaşlar acgözlük edərək yüksək faiz tələb edirlər. Bəzən bir banka yatırılan vəsaitin 100 min manatdan yüksək olduğunu bildirirlər və bu zaman nə etmək lazım olması ilə bağlı suallar qoyurlar. Biz də belə cavab veririk ki, əgər məbləğ daha yüksəkdirsə, o zaman vəsaiti bölərək digər banklara da yatıra bilərsiniz. Yaxud da həmin vəsaiti bir banka ayrı-ayrı şəxslərin adına da yatırmaq olar". 

Hüquqşünas, fiziki şəxslərdən fərqli olaraq, hüquqi şəxslərin və şirkətlərin manatla əmanətlərin yatırılması məsələsində ciddi problemlərlə qarşılaşdıqlarını bildirdi:

"Çünki, onların banklardakı əmanətləri sığortalanmır. Yaşanmış son təcrübələrdən də bilirik ki, banklar bağlandıqdan sonra həmin vəsaitlər batır. Bu da Əmanətlərin Sığortalanması Fondunun yarıtmaz fəaliyyəti nəticəsində baş verir. Çünki, bankların bağlanması prosesində bəzi qanunsuzlara yol verilir, yerdə qalan vəsaitlər yoxa çıxır və əmanətləri olan şirkətlərə heç nə çatmır". 

Hazırda Azərbaycanda bankların bağlanması ilə bağlı ehtimalların olmadığını söyləyən ekspertin sözlərinə görə, bank sistemi tamamilə sabitləşib:

"Mərkəzi Bankin bəzi tələbləri qarşısında hansısa kommersiya bankın problemləri yarana bilər. Amma bu o demək deyil ki, həmin bank bağlanacaq. Bu gün banklar müştərilər qarşısında öhdəliklərini vaxtında yerinə yetirə bilirlər". 

Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO