ÜST dünyada fövqəladə vəziyyətin aradan qaldırılmasına imkanlar yarandığını söylədi. Əslində bu qərar xeyli gecikib. Çünki, ÜST-nin fövqəladə vəziyyət qərarı dünya iqtisadiyyatını yerindən oynatdı.
Xüsusən də, inkişaf etməkdə olan dövlətlərdə bu təsirlər daha çox hiss olundu. Amma pandemiyadan qazanan dövlətlər də oldu.
Məsələn, ABŞ, Çin, Böyük Britaniya və hətta Rusiya pandemiyadan xeyli qazanclı çıxdı.
Məhz supergüclərin təsirində olan ÜST lazım olan vaxtda deyil, böyük dövlətlərin istədiyi zaman pandemiyanın bitdiyini elan etdi. ÜST-in pandemiya layihəsi həm də onunla yadda qaldı ki, böyük güclər dünyanı asanlıqla idarə etmənin praktiki yolunu öyrəndilər.
Məsələ ilə bağlı danışan iqtisadçı ekspert Eldəniz Əmirov bidirib ki, pandemiya bitsə də onun iqtisadi zərərlərini dünya hələ yaxın 3 ildə hiss edəcək:
MÖVZU İLƏ BAĞLI:
ÜST pandemiyanın bitdiyini ELAN ETDİ – Bəs ölkəmizdə karantin rejimi nə vaxt ləğv olunacaq?
“ÜST-ün əlinə fürsət düşdü, dünyanı yaxşı fırlatdı, varlandı. Elə ABŞ milyaderləri də təkcə pandemiyanın ilk ilində 1,6 trilyon qazandı. İqtisadiyyatlara 18 trilyon dollar boş pul kütləsi buraxıldı. Pulu buraxıb, dəyər zəncirini qırdılar. İnflyasiya şişdi. Sözün həqiqi mənasında dünyaya dəhşət yaşatdılar. İqtisadiyyata dəymiş zərərlər virusun öldürdüyü insanlardan daha çox insan öldürdü. Virus bitdi, amma ÜST-ün qərarları ilə yaranan böhran hələ ən azı 3 il, bəlkə də daha çox can almaqda davam edəcək”.
İqtisadçı ekspert onu da qeyd edib ki, hansı qurumun, audit şirkətinin və ya ekspertin adının qabağında "beynəlxalq" sözü varsa, mən həmin quruma, həmin audit şirkətinə və həmin eksperlərin nə özlərini, nə rəylərini, nə də proqnozlarını ciddi qəbul etmir:
“Çünki onların yanlış rəy və proqnozlarından ibarət özümdə bir data toplayıram. Dərd ÜST-lə bitmir ki. Ən sonuncu olaylarda başqa bir misal deyim: Amerikanın müflis olaraq bağlanan “Silicon Valley Bank”, “Signature Bank” və “First Republic Bank”ın hər biri bağlanmazdan günlər əvvəl KPMG audit şirkəti tərəfindən audit olunmuş və hər 3 bankın vəziyyətinin qənaətbəxş olduğu bildirilmişdi. Bax, belə...”
Surxay Atakişiyev, Bizim.Media