Bu ərazilərdə kirayə mənzillərin qiyməti BAHALAŞACAQ – SƏBƏBLƏR 

Bu ərazilərdə kirayə mənzillərin qiyməti BAHALAŞACAQ – SƏBƏBLƏR 

Hazırda oxunan: Bu ərazilərdə kirayə mənzillərin qiyməti BAHALAŞACAQ – SƏBƏBLƏR 

133730

“Ənənəvi olaraq Azərbaycanlı turistlər Türkiyəyə, Gürcüstana və Ukraynaya daha çox səfər edirdilər. Lakin, Ukraynada müharibənin başlaması bu ölkəni turistlərimiz üçün arzuolunmaz ölkəyə çevirdi. Pandemiya səbəbindən quru sərhədlərimizin bağlanması isə digər ölkələrlə yanaşı Türkiyə və Gürcüstana da turist axınını xeyli səngitdi. Nəticədə daxili turizm son 3 ildə xeyli inkişaf etdi”.

Bunu yeni turizm mövsümü ilə bağlı kirayə mənzillərin qiyməti ilə bağlı danışan daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, hazırda maddi imkanı çox böyük olmayan soydaşlarımız istirahətlərini əsasən bölgələrdə keçirirlər:
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda yeni sosial MƏNZİLLƏR TİKİLƏCƏK 


“Baxmayaraq ki, regionlardakı otel və restoranların təklif etdiyi qiymətlər Türkiyə və Gürcüstandakı qiymətlərdən heç də ucuz deyil. Sadəcə aviabiletlərin çox baha olması insanların çoxunu bölgələrə getməyə sövq edir. Bu da yerli turizmin inkişafına əsaslı təsir edir. Son 3 ildə turizm bölgələrində torpaq sahələrinin qiyməti xeyli bahalaşıb. Eyni zamanda, bölgələrdə və Abşeron bağlarında kirayə mənzillərin də qiyməti xeyli bahalaşıb”.

Elnur Fərzəliyev onu da qeyd edib ki, əvvəllər Abşeron bağlarında mənzil kirayələyənlər əsasən Rusiyada yaşayan soydaşlarımız idi:

“Onların sayı son illərdə bəlli səbəblərə görə azalıb. Amma, bununla belə Abşeron bağlarına da maraq hələ də az deyil. Ötən il, Abşeron bağlarında lüks evlərin aylıq kirayə haqqı 3-4 minə və bəzən daha baha təklif edilirdi. Amma bu ilki gözlənilən qiymətlər barədə bir söz demək çətindir. Qiymətləri bazar göstərəcək. Bazar isə öz surətini bu ayın axırında götürəcək. Güman edirəm ki, bu ilki kirayə bağ evlərinin qiyməti ötən ilkindən ucuz olmayacaq. Çünki, quru sərhədlərimiz hələki bağlıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO